İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR
“Prosesin mürəkkəbliyini, tibb müəssisələrinin maliyyələşmələrinin köklü şəkildə dəyişməsini nəzərə alaraq, Agentlik 2020-ci ildə hökumət və Milli Məclis qarşısında mərhələli tətbiqi təklif edib”.
regionxeberlericom.az-un APA-a istinadən xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, mərhələli tətbiq ondan ibarətdir ki, 2020-ci ildə respublika üzrə 4 mərhələli bir proses olacaq: “ Azərbaycanın bölgələri 4 hissəyə bölünür. Şimal, qərb, cənub, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu. Birinci rübdə şimal hissəsində 20 rayonun icbari tibbi sığorta prinsiplərinə tam işləməsi nəzərdə tutulur. İkinci rübdə qərb bölgəsində 17 rayon, üçüncü rübdə 14 rayonun və prosesə cənub bölgəsinin qoşulması planlaşdırılır. Dördüncü rübdə isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun prosesə qoşulması nəzərdə tutulur. Bu şəkildə 2020-ci ilin sonuna qədər bütün ölkədə icbari tibbi sığortanın tətbiqi planlaşdırılır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2019, 17:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2019, 17:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01