Azərbaycanın avtomobil istehsalı ilə bağlı yeni mərhələ başlayır - Nə gözlənilir?
Maşınqayırma sənayesinin formalaşmasında mühüm irəliləyişlər əldə edən Azərbaycan yaxın xarici bazarlara avtomobil məhsullarının ixracına hazırlaşır.
Xüsusilə, Neftçala sənaye kvartalında yerləşən "Azərmaş" ASC “Khazar” markalı avtomobillərini (“Peugeot 405” bazasında yaradılmış) Rusiya və Ukrayna bazarlarında satmaq niyyətindədir. Ukraynaya 300 nəqliyyat vasitəsinin çatdırılması, habelə Rusiyaya ixraca başlamanılması üçün “Rospatent”dən nəqliyyat vasitəsi növü təsdiqinin alınması üçün müvafiq təsdiqləmə işləri aparılır.
Türkiyənin Kırıkkale şəhərində traktor yığma birgə müəssisəsi (Azərbaycan-Türkiyə Uretim Birliyi Traktor, ATUB) yaratmış Gəncə Avtomobil Zavodu Belarusla birlikdə ixrac sxemlərində də iştirak etməyi planlaşdırır. Gömrük və logistika xərclərini optimallaşdırmaq üçün Türkiyədəki traktorların yığılmasının Gəncə zavodundan tədarük olunan maşın dəstləri və detallarla həyata keçirilməsi gözlənilir. Nəhayət, gələn ilin sentyabr ayına qədər kiçik tonnajlı yük maşınlarının istehsalı sahəsində “Qazel”lə birgə müəssisəsi işə başlayacaq. Hacıqabul sənaye kvartalında əhəmiyyətli bir ixrac komponenti planlaşdırılır.
Azərbaycan 2019-cu ildə milli maşınqayırma sahəsinin inkişafında müxtəlif layihələrə imzalar atıb.
2019-cu il fevralın 5-8-də Leypsiqdə təşkil olunan iqtisadi tədbirlər və ticarət yarmarkalarının təşkili Azərbaycan və Almaniya arasında sıx əməkdaşlığın olduğunu sübut edib.
"Z and Intec" yarmarkası - Saksoniyanın ixtisaslaşmış ticarət yarmarkaları flaqmanı - keçirilib. Alman-Azərbaycan Palatası bu münasibətlə maşınqayırmanın müxtəlif istiqamətlərində çalışan Azərbaycan təşkilatları və müəssisələrinin yüksək vəzifəli nümayəndələri üçün 2019-cu ilin 4-7 fevralında bu yarmarkaya biznes nümayəndə heyətlərinin səfərini təşkil edib.
Bu ilin oktyabrında Azərbaycanda Özbəkistanla birgə avtomobillərin yığılması barəsində müzakirələr başlamışdı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü çərçivəsində Bakıda keçirilən biznes forum çərçivəsində Azərbaycanın “AzərMaş” şirkəti ilə Özbəkistanın “Uzavtosanoat” şirkəti arasında Azərbaycanda avtomobillərin yığılması barədə anlaşma memorandum imzalanıb.
Bu ilin may ayında Gəncə avtomobil zavodu İstehsalat Birliyi (İB) yeni yığım xəttinin açılış mərasimini təşkil edib. Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575” markalı taxılyığan kombayn və E-321 markalı elektrobus çıxıb. Tədbirdə Belarusun baş nazirinin müavini İqor Vasiliyeviç Lyaşenko, Belarusun Sənaye Nazirinin müavini Dmitri Aleksandroviç Kovçik, “Qomselmaş” ASC-nın baş direktoru Aleksandr Aleksandroviç Novikov, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Xanlar Fətiyev, Gəncə avtomobil zavodu İB-nin direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak ediblər.
Ötən ilin oktyabrın ayında bildirilib ki, Naxçıvanda elektromobil avtomobillər istehsal ediləcək. Əlavə olunub ki, bununla bağlı Naxçıvan Avtomobil Zavodunda hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.
Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib ki, bundan əlavə olaraq “LİFAN minivenlər”inin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.
O qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “LİFAN” markalı 4 model avtomobil istehsal olunub və “NAZ-LİFAN” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.
Naxçıvan Avtomobil Zavodunun direktoru vurğulayıb ki, zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilib, avtomobillərin keyfiyyətinə verilən zəmanət müddəti və yürüş məsafəsi artırılaraq 3 il və ya 150 min kilometrə çatdırılıb. Hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan olan “NAZ-LİFAN 820” və “NAZ-LİFAN 330” modelləri, satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə zavodun flaqmanı olan “NAZ-LİFAN 620” modelinin yeni dizayn və yeni ekonomik mühərriklə təchiz edilmiş “NAZ-LİFAN 650” (“NAZ-LİFAN 620-II”) modeli və krossover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyyatı daha az olan mühərriklə təchiz edilən “NAZ-LİFAN X60” modeli istehsal olunur.
M.Abdullayev deyib ki, zavodda istehsal olunan avtomobillərin maya dəyərinin aşağı salınması məqsədilə bəzi ehtiyat hissələrinin respublikamızda istehsal olunması da planlaşdırılır.
Cari ilin yanvarında “Azərmaş”ın direktoru Emin Axundov qeyd edib ki, bu il “Azərmaş” “Khazar” avtomobillərinin ehtiyat hissələrinin istehsalına başlayıb.
“Ötən il zavodda mindən artıq avtomobil istehsal olunub. Bu avtomobillərin 95 faizi satılıb. Azərbaycan istehsalı olan bu avtomobillərin alışının 40 faizi dövlət qurumlarının payına düşübsə, 60 faizi əhali tərəfindən alınıb”, - deyə o, regionların inkişafına həsr olunan konfransda bildirib.
Direktorun sözlərinə görə, 2019-cu ilin sonlarından etibarən zavodda “Khazar” avtomobillərinin ehtiyat hissələrinin istehsalına başlanılacaq. E.Axundov vurğulayıb ki, bu gün zavodda 200 nəfər işlə təmin edilib, istehsal həcmi artdıqca, bu say 300 nəfərə çatacaq.
Qeyd edək ki, 2018-ci il martın 29-da “Azərmaş” zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri “İran Khodro” və “AzEuroCar” şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində yerləşir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
Cari ilin oktyabrında Emin Axundov mətbuata açıqlamasında həmçinin bildirib ki, Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı 2020-ci ilə reallaşa bilər. O əlavə edib ki, hazırda “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı üçün sənədləşmə işləri davam etdirilir: “Yəqin ki, sənədləşmə işləri 4-5 ay ərzində tamamlanacaq".
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min ədəd avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobil ixracı nəzərdə tutulur.
2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalı nəzərdə tutulur. “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunur.
Azərbaycanda 2018-ci ildə avtomobil müəssisələri tərəfindən 1286 minik avtomobili istehsal edilib.
Ötən il Neftçala və Naxçıvan avtomobil zavodlarında 1008 ədəd “Khazar” və 278 ədəd “Nazlifan” markalı minik avtomobili istehsal edilib.
Ötən il ərzində Gəncə Avtomobil Zavodunda 1303 ədəd traktor MTZ, 697 ədəd traktor qoşqusu, 100 ədəd URAL, 58 ədəd KAMAZ, 9 ədəd HALLER məişət tulantıları daşıyan maşın istehsal edilib.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Sabah”a açıqlamasında bildirib ki, avtomobillərə lazım olan ehtiyat hissələrini istehsal etmək üçün Azərbaycanın yaxşı potensialı var: “Avtomobillərə lazım olan detalların bir qismini Azərbaycanda istehsal etmək daha məntiqli və doğru yol ola bilər. Çünki avtomobillərdə istehsal olan detalların böyük bir qismi neft emalı nəticəsində alınır. Azərbaycanın da bu səhədə geniş təcrübəsi, bilikləri var. Neftdən alınan plastik və digər məmulatlar minik avtomobilində geniş istifadə olunur. Onların istehsalı ilə bağlı addımlar atılsa, bu həm Azərbaycanda sənayənin inkişafına, yeni iş yerlərinin yaradılmasına və həm də gəlirli sahəyə çevrilə bilərlər.
Məsələn, Türkiyədə 15 şirkətlə müqavilə bağlayıb və avtomobil istehsalı ilə məşğuldurlar. Demək olar ki, Türkiyə artıq avtomobilin 45%-ni özü istehsal edir və bu sahə onlara daha çox gəlir gətirir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-12-2019, 13:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-12-2019, 13:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti