Yeni yumurta böhranı yaşanır - "Yaranan kəskin qıtlıq bizi narahat edir"
Pərakəndə satış nöqtələrində tətilöncəsi yumurta qıtlığının baş verməsi qiymətin sürətlə artmasına səbəb oldu. Hətta, ötən həftənin sonunda OBA mağazalar şəbəkəsində yumurta satışı tamamilə yığışdırıldı. Digər mağaza və marketlərdə isə yumurtaların qiyməti ortalama üç qəpik bahalaşdı.
Alıcıların fikrincə, yumurta vitrinlərdən elə-belə yığışdırıla bilməzdi, yəni bu, qiymət artımına işarədir. Təəssüf ki, OBA mağazalar şəbəkəsinin rəflərindən yumurtaların yox olmasının səbəbləri ilə bağlı satıcılara verdiyimiz suallara cavab ala bilmədik.
Digər ticarət obyektlərinin işçiləri də çaşqınlıq içində çiyinlərini çəkərək, kəsir probleminin ötən və cari həftə ərzində aktuallığını saxladığını söylədilər. Üstəlik, bu, ilk dəfə deyil və kəskin yumurta qıtlığı artıq acı bir təcrübəyə çevrilib. Oxşar vəziyyət ötən ilin oktyabr ayında da müşahidə edildi.
AYNA əməkdaşının alıcılarla söhbəti zamanı məlum olub ki, Yeni il bayramı ərəfəsində paytaxt bazarlarında yumurtanın qiyməti 22 qəpiyə qədər bahalaşıb. “Halbuki, bir həftə əvvəl 13 qəpiyə təzə yumurtalar almışdım”, - deyib alıcı Əminə Hüseynova.
O bildirib ki, bir neçə gündür, ya yumurta tapıb ala bilmirlər, ya da qiyməti 20-22 qəpiyə tapırlar: “Bazarlarda və mağazalarda nisbətən daha kiçik, keyfiyyətsiz yumurtaları 15 qəpiyə satırlar. Yaranan kəskin qıtlıq bizi narahat edir”.
Digər həmsöhbətimiz Murad Əhmədov yumurtanın ailəsində ən çox istifadə edilən məhsul olduğunu söyləyib: “Bu gün ətin qiyməti çox yüksəkdir, buna görə də yeməklərimizdə yumurtadan daha çox istifadə edirik. İndi də yumurta qəhətə çıxıb. Xüsusən də bayramöncəsi yumurtanın qiymətinin artması büdcəmizə ağır zərbə vuracaq”.
Bazarın oyunçularının bu cür əlaqələndirilmiş hərəkətlərini nəzərə alsaq, azərbaycanlıların ən vacib istehlak məhsullarından birini satışdan çıxarmaq, qiymətləri qaldırmaq və endirməklə nə cür bir özbaşınalığa yol verildiyi məlum olar...
Paylaş:
Müəllif : Yazar
Tarix:27-12-2019, 10:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-12-2019, 10:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29