2019-cu İLİN AQRO-HESABATI
Mürvət Həsənli, ADAM sədri
İstər siyasi, istərsə də iqtisadi sahədə kifayət qədər dinamik keçən 2019-cu il tamamlanır. Sabahdan yeni ilin ilk gününü qarşılayacağıq.
İlin son günü olduğundan adətən hər kəs son bir il ərzində keçdiyi yola nəzər salır və özü qarşısında ilin yekun hesabatını verir. “Bu il nə etdim, hansı sahədə irəlilədim, hansı sahədə geri qaldım” sualının axtarıldığı yekun hesabatlar sayəsində gələn ilin proqramı, görüləcək işlərin planı hazırlanır. İnsanoğlu məhz bu hesabatlılığının sayəsində digər məxluqlardan fərqli olaraq inkişaf edə-edə bugünlərə gəlib çıxmışdır. Biz də bu yazımızda ilin son günündə dönüb arxaya baxmaq, xüsusilə kənd təsərrüfatı sahəsində əldə etdiyimiz uğurlarımızı, yol verdiyimiz nöqsanlarımızı gözdən keçirmək niyyətindəyik.
Cəsarətlə deyə bilərik ki, 2019-cu il Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda xüsusi çəkiyə malik olan aqrar sektorda ciddi irəliləyişlər əldə etdi.Biz bu tərəqqini ilin ilk rübündən son gününə qədər Dövlət Statistika Komitəsinin dövrü hesabatlarında aydın şəkildə seyr edə bildik. Dövri hesabatların ilk mövsümü sayılan ilin I rübü ilə bağlı rəsmi məlumatlar da bu iddiamızı təsdiqləyir. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 952,3 milyon manat təşkil etmiş, bunun 1 574 milyon manatı heyvandarlıq, 378,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşmüşdü. Bu da son 1 ildə aqrar sektorun 6,7%, o cümlədən heyvandarlıq sahəsinin 2,9%, bitkiçilik sahəsinin isə 24,9% böyüməsi anlamına gəlirdi. Özəlliklə bitkiçilik sahəsində 25%-ə yaxın böyümə olduqca ciddi rəqəmdir və ilə uğurlu başlamaqdan xəbər verirdi.
Təsadüfi deyil ki, KTN bu uğurlu başlanğıcı ilin digər dövrlərində də davam etdirdi. Artıq iyul ayında ilin ilk yarısı ilə bağlı açıqlanan statistik rəqəmlər aqrar sektorun yüksək templə yüksəlişə qədəm qoyduğunu göstərirdi. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı” hesabatına görə, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının ixracı 9,98 milyard ABŞ dollarıtəşkil etmişdi. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard ABŞ dolları və ya 15 faiz artım demək idi. İlin 6 ayı ərzində qeyri-neft sektoru üzrə 979 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılmışdı ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 133 milyon ABŞ dolları və ya 15,7 faiz artım anlamına gəlirdi.
Qeyri-neft sektorundakı bu inkişafda kənd təsərrüfatı sahəsinin də önəmli payı vardı. Hesabatlarda da bu, aydın sezilirdi. Belə ki, qeyri-neft sektorunun ixrac qaimələrində ilk iki yeri kənd təsərrüfatı məhsulları tuturdu. Belə ki, yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (138,1 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (74,9 milyon ABŞ dolları) ikinci olmuşdu.
Ümumiyyətlə, 2019-cu ilin birinci yarımilliyi ərzində meyvə-tərəvəz ixracı 318,4 milyon dollar olmuşdu ki, bu da qeyri-neft ixracatımızın hardasa 30%-i deməkdir. Aqrar sektorun digər sahələrinin də mövcudluğunu nəzərə alsaq, bu da kənd təsərrüfatı məhsullarının ümumi ixracdakı payını daha da artırır.
İlin ilk yarısında aqro-ixrac sahəsində pomidor və meyvə yetişdirən fermer təsərrüfatlarımızın xüsusilə fərqləndiyini qeyd etməsək, haqsızlıq olar. Məlumatlara görə, bu ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon ABŞ dolları) birinci, albalı və gilas (29,6 milyon ABŞ dolları)isə ikinci yerdə qərarlaşmışdı.
Ümumilikdə 2019-cu ildə kənd təsərrüfatı məhsullarının ixracından 800 milyon - 1 milyard arasında gəlir gözlənilirdi ki, ilin yekunlarına dair hesabatlar açıqlananda bu gözləntinin reallaşıb-reallaşmadığını görəcəyik. İlin ilk yarısında isə aqrar məhsulların ixracı 411,8 milyon ABŞ dolları dəyərində olmuşdu ki, bu da kənd təsərrüfatı məhsullarının ixrac həcminin ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artması mənasına gəlirdi. Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunmuşdu. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artmışdı.
İlin 3-cü rübündə ön plana çıxan əsas sektor pambıqçılıq olmuşdur. Azərbaycan pambıqçıları bu il ölkə başçısının pambıqçılar qarşısında qoyduğu 300 min ton ağ qızıl tədarük etmək hədəfini böyük ölçüdə reallaşdıra biliblər. KTN-nin məlumatına görə, noyabrın 20-ə qədər pambıq qəbulu məntəqələrinə 287 min 701 ton məhsul təhvil verilmişdi. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. Təqdirəlayiq haldır ki, Azərbaycan pambıqçıları ötən illə müqayisədə 1/3 dəfə çox olan pambığı 1/3 dəfə az ərazidən tədarük etmişlər. KTN-nin məlumatına görə, 2018-ci ildə ölkəmizdə 132,5 min hektar sahədə pambıq əkildiyi halda, 2019-cu ildə pambıq əkini sahələrinin həcmi məhsuldarlığı az olan torpaqların əkin dövriyyəsindən çıxarılması hesabına 100,1 min hektaradək azaldılmışdı. Bu da KTN-nin pambıqçılığa və ümumiyyətlə əkinçiliyə nə qədər peşəkar yanaşmasının göstəricisidir və Cənab Prezidentimizin xüsusilə 2015-ci ildən etibarən apardığı məqsədyönlü siyasətinin nəticəsidir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 12 yanvar 2015-ci ildə imzaladığı Sərəncamla kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci ili Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan etmişdi. Həmin ildən etibarən aqrar sektorun inkişafı geniş vüsət almağa başlamışdır. Bir çox sahələr inkişaf etdirilmiş, toxumçuluq, tingçilik və s. kimi elmi tədqiqat institutları yaradılmış, Azərbaycanda köhnə aqro-texniki ənənələrə son qoyulmuş, yeni tərzdə əkinçilik sektoruna təkan verilmişdir. KTN-nin 2018-ci ildə 132 min hektar ərazidə apardığı pambıq əkinçiliyinin bir ildən sonra 100 min hektara endirməsi və daha az ərazidə daha çox məhsul tədarük etməsi də Prezident İlham Əliyevin aqrar sahəyə ayırdığı diqqətin nəticəsidir. Təsadüfi deyil ki, prezident İlham Əliyevin bu ilin ilk günlərində imzaladığı fərman və sərəncamlar da aqrar sektorla əlaqədar olmuşdur. Yanvarın 15-də aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzalanan fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. Agentlikdə Dövlət Fitosanitariya Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti kimi qurumlar fəaliyyət göstərir. Onların vəzifəsi baytarlıq və fitosanitar xidmətlərinin təşkili, idarə olunması, keyfiyyətinin monitorinqi və dövlət aqrar inkişaf mərkəzlərinin fəaliyyətini həyata keçirməkdir. Agentlik həmçinin kənd təsərrüfatı avadanlıqlarının qeydiyyatı və nəzarəti, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarət edir. Heyətində 85 nəfərdən ibarət mütəxəssisin yer aldığı Agentliyin sayəsində regionların təbii şəraitinə uyğun toxumların seleksiyasi aparılmış və bu da məhsuldarlığın artmasını şərtləndirmişdir.
Cənab prezidentin aqrar sektora xüsusi diqqəti nəticəsində bütün sahələr texniki avadanlıqlarla təmin olunmuş və əl əməyi azaldılmışdır. KTN-nin məlumatına görə, bu il pambıq yığımının 80%-i kombaynlarla yığılmışdır. Bu da həm məhsulların zamanında və qısa vaxt ərzində toplanmasına şərait yaratmış, itkini azaltmışdır. Eyni sözləri taxılçılıq və digər kənd təsərrüfatı sahələri üçün də demək olar.
Statistin məlumatlara əsasən, aqrar təsərrüfatların yeni tərzdə qurulması sayəsində 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artmışdır. Bitkiçilik məhsullarının həcmində 25,6% (1,77 milyardmanat), heyvandarlıq məhsullarının həcmində 2,9% artım (1,9 milyard manat) qeydə alınmışdır. Bu artımlar hesabına aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3%, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artmışdır.Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunmuşdur.
2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınmışdır. Diri çəkidə ət istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunmuşdur. Bütün bunlar, sözsüz ki, cənab prezidentimizin aqrar sektora yeni yanaşmasının və KTN-nin qarşıya qoyulan proqramları layiqincə yerinə yetirməsi sayəsində başa gəlmişdir.
Ümidvarıq ki, KTN gələn il də ona bəslənən ümidləri tam mənası ilə doğrulda biləcək və aqrar sektorun daha da inkişaf etdirilməsinə nail olacaq. Azərbaycanın innosiyalar ustası kimi tanınan Kənd Təsərrüfatı naziri İnam Kərimovun ötən ilin aprel ayında bu posta gətirilməsi və aqro-inkişafın məhz bu təyinatdan sonra sürətlənməsi də bizim bu ümidimizi artırır. Biz yeni ildə cənab nazirimizə yeni-yeni uğurlar və ona bəslənən etimadı doğrultmağı arzulayırıq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:31-12-2019, 15:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:31-12-2019, 15:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07