Azərbaycanda bu şəxslərin vergi öhdəlikləri dəyişdi
Bu gündən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəlikləri dəyişdirilir.
regionxeberlericom.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.
Həmin dəyişikliklər bu gündən qüvvəyə minir.
Dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci ildən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur.
Həmin tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyir.
Lakin tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabrdan başlamış vergi ödəyiciləri isə həmin tikinti-quraşdırma işləri üzrə vergitutma metodunu 2020-ci il 1 yanvaradək seçmək imkanına malikdir.
Belə ki, qanunun 2.2-ci maddəsinə əsasən, tikinti-quraşdırma işlərinə 2019-cu ilin 1 dekabrından sonra başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə məlumat formasını 2020-ci il 1 yanvaradək qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.
Əks halda tikilən binalar üzrə yaranan vergi öhdəlikləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla müəyyən olunmuş qaydada, yəni ƏDV və mənfəət (gəlir) vergisi metodu ilə hesablanacaq.
Qeyd edək ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən 2019-cu ilin dekabr ayında tikinti quraşdırma işlərinə başladıqları binalara görə vergi metodu barədə (sadələşdirilmiş vergi və ya ƏDV və mənfəət vergisi) 1 yanvar tarixədək məlumat verilməsi əsas şərt kimi müəyyən olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-01-2020, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-01-2020, 10:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39