reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycana elektriklə işləyən taksilər gətiriləcək

reklam

Azərbaycana elektriklə işləyən taksilər gətiriləcək


"Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” vardır. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik".
Bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevlə görüşündə deyib.

Nazir bildirib ki, üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir:

“Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir”.

Prezident İlham Əliyev isə digər şəhərlərimizdəki taksi xidmətinin hansı səviyyədə olması ilə maraqlanıb və bununla bağlı öz tapşırıqlarını verib:

"Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə".


Paylaş:


Müəllif : Tarix:
15-01-2020, 16:59
Sikayət   


loading...
Загрузка...