![reklam](/templates/tema/images/saythazir.png)
Koronavirus səbəbindən OPEC-in iclasının vaxtı dəyişə bilər
![](https://www.regionxeberlericom.az/uploads/posts/2020-01/medium/1580458603_a27f2147-b46b-4e28-bce8-72d74a9130a6.jpg)
Səudiyyə Ərəbistanı Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) və müttəfiq neft istehsalçıları ölkələri ilə qarşıdan gələn OPEC+ siyasi görüşünü martın əvvəlindən fevral ayının əvvəlinə təxirə salmaq üçün danışıqlara başlayıb.
“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə dörd OPEC+ mənbəsi Ər-Riyadda narahatlıq yaradan neft qiymətlərinin kəskin düşməsindən sonra bildiriblər.
Çində koronavirusunun iqtisadi təsirindən narahatlıq qlobal bazarda qarışıqlıq yaradıb. Bu isə yanvarın 20-dən bu yana xam neftin qiymətinin bir barreli üçün 65 dollardan 58 dollara düşməsinə kömək edib.
Hələlik görüşün yeni tarixi ilə bağlı yekun qərar verilməyib və OPEC üzvlərinin hamısı hələ də heyətdə deyil. Çünki İran bu addımın əleyhinə ola biləcək bir namizəddir, deyə mənbələr bildiriblər.
OPEC+ üzvü olan Rusiya isə mart ayının sonuna qədər bazardakı qiymətləri stabil saxlamaq üçün gündəlik neft hasilatını azaldıb. Dekabrda Rusiyanın gündəlik neft hasilatı 1,7 milyon barel təşkil edib.
Qeyd edək ki, OPEC neft hasilatının azaldılması ilə bağlı sazişi martdan iyunun əvvəlinə qədər uzatmaq niyyətindədir. Təbii ki, Çində koronavirusun yayılması neftə tələbatı əhəmiyyətli dərəcədə təsir edə bilər.
Xatırladaq ki, hasilatın azaldılmasına dair Vyanada (Avstriya) əldə olunmuş OPEC+ razılaşmasının iştirakçısı olan ölkələr 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən dekabr ayında gündəlik hasilatın həcmini 1,25 milyon barel azaldıblar. Beləliklə, onların məcmu hasilatı müvafiq olaraq 26,75 milyon bareldən 25,5 milyon barelə düşüb. Razılaşmaya əsasən, sözügedən ölkələrin gündəlik hasilatın həcmini 812 min barel azaltmaq barədə öhdəlik götürdükləri nəzərə alınsa, həmin öhdəlik noyabr ayında 146%, dekabr ayında isə 154% yerinə yetirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-01-2020, 12:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-01-2020, 12:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
![reklam](/templates/tema/images/reklam300.png)
Xəbər lenti
Dünən, 09:26
10-02-2025, 19:29
10-02-2025, 14:52
10-02-2025, 14:02
10-02-2025, 13:41
10-02-2025, 11:20
10-02-2025, 08:42
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739251498_sekil.jpg)
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu məsuliyyətə cəlb etdi - İordaniyadan gətirildi - Foto
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739201074_jsw1efegsz9x8mz1wu89bqjnroqii6vqct2ljb8e_1200.webp)
Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739184731_resize-1.jpg)
Daha bir rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu - Zatulin, Milonov və...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739162089_1.jpg)
Günəşdəki nəhəng koronal dəlik Yer kürəsinə tərəf çevrildi: Maqnit qasırğaları gözlənilir
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739170020_1.jpg)
Mürsəl İbrahimovun komissarı 10-cu dərəcə skarliozu əsgər göndərib - Daha bir fakt...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739172006_resize-3.jpg)
Əfv Komissiyasının iclasları başlayır - Nə qədər məhbus həbsxana divarlarını tərk edəcək?
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739121991_1.jpg)