Büdcəyə 7 milyardlıq yük? - Kreditlər yenidən böyüyür
Əhalinin kredit təşkilatlarına cari borcu 7 milyard manata yaxındır.
“Marja”-nın Mərkəzi Bankın statistikasına istinadən xəbərinə görə, əhalinin kredit təşkilatlarına cəmi borcu 2019-cu ildə 2018-ci illə müqayisədə 1 milyard 659 milyon manat, son 23 ayda isə 2 milyard 457 milyon manat artıb. Məlumdur ki, ötən il Prezident İlham Əliyev problemli kreditlərin bir qisminin həll edilməsi ilə bağlı fərman verdi. Ancaq göründüyü kimi, kreditlərinin həcmində ötən il də artım müşahidə olunub.
Qeyd edək ki, bankların biznes kreditləri verməkdə maraqlı olmamasının təhlükəli tendensiyaya gətirib çıxara biləcəyi ölkə başçısının yanında keçirilən iqtisadi müşavirələrdə də müzakirə olunub. 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Mərkəzi Bankın sədrinə tövsiyə edilib ki, bank sektorunun biznesi dəstəkləməsinin yolları aransın.
Bəs əhali borc yükünü qaldırmağa qadirdirmi, yoxsa bu yük növbəti mərhələdə də dövlətin üzərinə düşə bilər?
İqtisadçı Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, indiki halda, mühit nisbətən sabit görünür:
“Nəzərə almaq lazımdır ki, son üç ildə vətəndaşların kreditləri qaytarma qabiliyyətinin ölçülməsində tətbiq edilən meyarlar nisbətən sərtləşdirilib ki, bu da kreditlərin geri dönüş ehtimalını nisbətən yüksəldib. Amma istehlak kreditlərinin həcminin sürətlə artması narahatlıq doğuran məqamlardandır. Kredit portfelinin genişlənməsi bazarda dolayısı ilə tələbi artırır və istehlakı dəstəkləyir və bu iqtisadiyyata müəyyən təsir göstərir. Azərbaycanda isə bu nisbətən fərqlidir. Çünki istehlak kreditlərinə yönəldilən kreditlərin böyük əksəriyyəti yerli məhsulların deyil, idxal məhsullarının istehlakına yönəlir. Nəticədə isə yerli istehsalda yaradılan əlavə dəyərin artımı ilə ifadə olunmur, amma ölkədən çıxan valyutanın həcmi artır. Bu baxımdan da, Azərbaycanda xüsusilə kreditlər vasitəsilə istehlakın dəstəklənməsi uğurlu nəticə vermir. Amma real sektora yönəldilən vəsaitlərdə vəziyyət nisbətən fərqli olur. Biznesə, iqtisadiyyata yönəldilən vəsaitlər hansısa formada istehsalata və sahibkarlıq fəaliyyətində yaradılan əlavə dəyərə gətirib çıxarır. Bu əlavə dəyər real iqtisadiyyatdır, iqtisadi böyümədir”.
İqtisadçı deyir ki, bu baxımdan da istehlak kreditlərinin artması bütün tərəflərdə narahatlıq doğurur:
“Hətta bununla bağlı müşavirələrdə ölkə başçısının iradları və qeydləri də var. Amma məsələ ondan ibarətdir ki, mövcud konyuktur bankların istehlak kreditlərinə meyil etməsinə gətirib çıxarır. Çünki faktiki olaraq burada faizlər yüksəkdir, eyni zamanda prosedurlar daha asandır. Banklar aşağı həcmli kreditlərlə - yəni 1000 manatdan 10 000 manatadək kreditlərlə bu istiqamətdə fəaliyyət göstərə bilir. Biznes kreditləri ilə bağlı kriteriyalar daha ağır, faizlər isə aşağıdır. Ötən dövr ərzində biznesin mənfəət norması aşağı düşüb. Müştərilərin bir çoxu problemli müştəriyə çeviriliblər və onların yenidən kredit götürmə imkanları məhduddur. Təbii ki, bu o qədər də arzuolunan vəziyyət deyil. Amma 2015-ci ilin əvvəli ilə müqayisə aparsaq, bu gün verilən istehlak kreiditlərin geri qayıtma ehtimalı nisbətən çoxdur. Çünki tətbiq olunan şərtlər nisbətən sərtdir, eyni zamanda da banklar qiymətləndirmə prosesinə də daha sərt yanaşır”.
Nazirlər Kabinetinin bu günlərdə hazırladığı Tədbirlər Planında Mərkəzi Bank, İqtisadiyyat və Maliyyə Nazirliyinə bank sektorunun real sektoru dəstəkləməsi istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Biznes kreditlərinin daha çox verilməsinə başlanılırsa, bu amil problemli kreditlərə yeni dalğasının yaranmasına gətirib çıxarmayacaq ki?
Rəşad Həsənov bildirir ki, bütün hallarda verilən kreditlər üçün orta risk səviyyəsi var və buna uyğun olaraq banklar ehtiyat fond yaradırlar:
“Bu normativlərə uyğun olaraq biznes kreditləri və istehlak kreditləri üçün fərqli forma müəyyənləşdirilir. Problem, hətta iqtisadiyyatın ən yüksək formada inkişaf dinamikası nümayiş etdirdiyi dövrlərdə də ortaya çıxır. Gözlənilən riskə bütün tərəflər hansısa formada hazır olur. Təhlükəli məqam gözlənilməyən risklərlə bağlıdır. Düşünmürəm ki, qısa müddət ərzində biznesə verilən kreditlərin həcmində kütləvi bum müşahidə olsun. Çünki bank sektoru özəl sektordur. Özəl sektoru əmrlərlə, göstərişlərlə idarə etmək olmaz. Onların öz bines maraqları var və portfeli buna uyğun formalaşdırırlar. İndiki halda biznes kreditlərinin artmasının təşfiq edilməsi məqsədilə daha əlverişli mexanizmlər formalaşdırıla, faizlər aşağı salına bilər. Belə olacağı təqdirdə, növbəti mərhələdə daha yumşaq şərtlərlə verilmiş kreditlərin geri qayıtma ehtimalı daha yüksək olur. Bir sıra hallarda müşahidələr onu göstərir ki, ağır şərtlərlə, yüksək faizlərlə verilmiş kreditlər biznes subyekti üzərində ciddi maliyyə yükü formalaşdırmış olur və iqtisadiyyatda müşahidə olunan müxtəlif fruktasiyalar zamanı biznesin buna dayanıqlığı kövrək olur. Son nəticədə problemli kreditlər kəskin artır. Yəni şərtlər yumşaldılarsa və eyni zamanda qiymətləndirmələr həssas həyata keçirilər və şübhəli kreditlərin verilməsinə nəzarət gücləndirilərsə, vəziyyət o qədər də acınacaqlı olmaz. Hər bir məsələdə risk var və bu risklər nəzarət olunan səviyyədə olduğu halda heç bir problem yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-02-2020, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-02-2020, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39