“AtaBank” problemi digər bankları da təhdid edir - “Qısa müddətdə həllini tapmazsa...”
“AtaBank” problemi qısa müddətdə həll olunmalıdır. Prosesin uzanması maliyyə sisteminə etimadın itirilməsinə gətirib çıxaracaq və digər banklardan da əmanətlərin geri çəkilməsi ilə nəticələnəcək”.
regionxeberlericom.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu qeyd edib. O bildirib ki, “AtaBank”la bağlı məsələ qısa müddətdə həllini tapmazsa, digər banklarda da problem yarana bilər:
“Ötən ilin sentyabr ayında “AtaBank” əmanətçilərin depozitlərini qaytara bilmir. Bank problemi həll etmək əvəzinə vaxtı çatan depozitlərə faiz hesablanmasını dayandırmaq üçün onları əmanətçilərin adına cari hesab açaraq həmin hesablarda yerləşdirib. Bir növ “AtaBank” öz aləmində problemi "dondurub". Əlacsız qalaraq bununla razılaşan əmanətçilərin artıq məsələnin bu cür həllinə də ümidi qalmayıb.
Bu barədə dəfələrlə yazılmağına baxmayaraq, Mərkəzi Bank hələ də müşahidə mövqeyindədir. Hesab edirəm ki, bu bankda baş verənlərin bütövlükdə maliyyə sisteminə mənfi təsirlərini azaltmaq, sosial etirazlara əsas yaratmamaq üçün Mərkəzi Bank hərəkətə başlamalı və əmanətçilərin depozitləri tezliklə geri qaytarılmalıdır. Əks təqdirdə bir tərəfdən əmanətləri geri verməyən “AtaBank”, digər tərəfdən də onları virtual olaraq cari hesablarda yerləşdirməklə qanunları kobud şəkildə pozur.
Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı danışıb: “Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir. Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın”.
Hesab edirəm ki, Mərkəzi Bank dövlət başçısının çıxışından nəticə çıxarmalı, tez bir zamanda sağlamlaşma prosesinə start verməli, “AtaBank” probleminin qısa müddətdə həllinə nail olmalıdır. Əks təqdirdə prosesin uzanması maliyyə sisteminə etimadın itirilməsinə gətirib çıxaracaq və digər banklardan da əmanətlərin geri çəkilməsi ilə nəticələnəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-02-2020, 15:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-02-2020, 15:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23