"Sədərəkdə" koronavirusa görə qıtlıq yoxdur... - Amma alver ölüb...
Ötən ilin dekabrından peyda olan ölümcül koronavirus səbəbindən bir çox ölkə Çinlə ticarəti dayandırıb. Azərbaycanda çin mallarının əsas bazarı hesab edilən “Sədərək” ticarət mərkəzi də yanvarın 1-dən Çindən mal qəbul etmir.
Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır və bu ölkədən hər il milyonlarla dollar dəyərində yüzlərlə çeşiddə məhsul gətirilir.
Virtualaz.org koronavirusun Azərbaycan bazarına təsirlərini araşdırıb. Bəlli olub ki, Çindən məhsul gətirilməsinin dayandırılması gündəlik satılan mallarının qiymətinə cüzi də olsa təsir edib. Topdansatış mərkəzlərinin əksəriyyəti bu ayın birinci həftəsindən mağazalara məhdud sayda mal verib.
Topdansatış mərkəzləri mal vermir...
Bunu “Sədərək” ticarət mərkəzində xırdavat malları satan mağazanın sahibi Ramiz Məmmədov deyir. Onun sözlərinə görə, sonuncu dəfə ötən ilin oktyabrında mal alıb və artıq anbarlarda mal tükənir. Buna görə də gündəlik satdığı malların qiymətini 10-15 qəpik artırmağa məcbur olub.
Topdansatış mağazaları olan sahibkarlardan biri isə deyir ki, koronavirus bəlasının nə vaxtadək davam edəcəyi bəlli deyil. Buna görə də bəzi malları pərakəndə satmağı qərara alıblar. “Bu o demək deyil ki, anbarda mal tükənib. Hələ üç-dord aylıq mal var. Bir aydan sonra vəziyyət düzələrsə qalan malları mağazalara satacağıq”,-sahibkar belə deyib.
Mağaza sahibləri bildiriblər ki, Çindən mal gətirilməsi üçün ən az 2-3 ay əvvəldən sifariş vermək lazımdır. Məsələn, martın sonu, apreldən əvvəlindən artıq yay malları sifariş edilməlidir.
Digər mağaza sahibi isə söyləyib ki, sahibkarların heç də hamısının vəziyyəti yaxşı deyil, mağazalara verilən malların pulunu yığmasalar yeni sifariş edə bilmirlər.
Məktəbli ləvazimatlarında bahalaşma ola bilər
8-ci sıradakı dəftərxana ləvazimatları satan satıcı isə bildirib ki, hələlik anbarda mal var, mövsüm olmadığından onsuz da alıcı azdır, buna görə də qiymətləri artırmağa tələsmirlər. Amma apreldən gələn tədris mövsümü üçün sifarişləri verməlidirlər. “Bir-iki ay da mal gəlməzsə o zaman ciddi təlaş yarana bilər. Hələlik hamımız vəziyyətin düzələcəyinə ümidliyik”.
Satıcı onu da bildirib ki, Türkiyədən də mal gətirirlər, amma qiymətlər çin malından iki dəfə bahadır. “Qiymətinə görə çin mallarına təlabat böyükdür. Təkcə Türkiyədən mal gətirilərsə qiymət ən azı iki dəfə artacaq”.
Gün eynəklərinin satıcısı isə bildirib ki, ötən mövsümdə topdan satış mağazalarından 5 manata aldıqları eynəyin qiyməti 9 manat olub. “5 manatdan alırdıq, pərakəndə 20 manata satırdıq. İndi topdansatış mərkəzlərində bu eynəklər 9 manat olub, biz də məcburuq ən azı 30 manata satışa qoyaq”.
Geyim bazarında ucuzlaşma var
Ticarət mərkəzindəki ayaqqabı, paltar satan mağazaların az qala hər birində endirim elanlarına rast gəlinir. Satıcılar deyiblər ki, xırdavat mallarından fərqli olaraq geyim bazarında durğunluqdur. Bəzən günlərlə bir mal sata bilmirlər. “Heç qapını açıb qiymətlərlə maraqlanan olmur. Bir tərəfdən də bahalaşma olarsa çoxları mağazanı bağlayacaq”.
Satıcılardan Nəcibə Alıyeva söyləyib ki, sonuncu dəfə ötən ilin sentyabrında payız-qış mövsümü üçün geyimlər ı alıb. Amma malların yarıdan çoxunu hələ də sata bilmir. “Ümid Türkiyə bazarına qalarsa yanarıq”,-Nəcibə deyib.
Virusdan ölən yoxdur, amma...
Satıcılardan biri isə “Sədərək” ticarət mərkəzində qripdən ölənlərin olması ilə bağlı şaiyələri yayanları qınayır. Deyir ki, onsuz da qışda alver zəifləyir, yer pulunu güclə çıxarırlar. Belə xəbərlər də üstəlik alıcı sayına təsir göstərir. “Virusdan ölməsək də, “Sədərək”də alverin getməməsindən ürəyi partlayıb ölənlər mütləq olacaq”, - satıcı əsəbi halda vəziyyəti izah edib.
Elvin adlı mağaza sahibi isə deyib ki, həmin xəbərlər satıcıların özlərini belə təlaşa salıb. Sonuncu dəfə Çinə gedib qayıdanlardan mal almaq istəməyiblər: “Bir neçə gün bazara səs düşdü, hamı ancaq qripdən danışırdı. Çinə gedib-gələnlər də narahat olurdular”-Elvin əlavə edir.
Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov da Çində yayılan koronavirusun Azərbaycan iqtisadiyyatına təsirindən danışıb. Nazir bildirib ki, virusun Azərbaycan iqtisadiyyatına hər hansı bir narahatlıq yaratması üçün əsas yoxdur. Çünki Azərbaycanda 2020-ci il üçün iqtisadi və büdcə proqnozları kifayət qədər mühafizəkar tərtib olunub. “Hər hansı bir proqnoz bildirmək çox tezdir. Bir çox ölkələrin, ilk növbədə Asiya ölkələrinin iqtisadiyyatına müəyyən mənfi təsirlər görünür. Hesab edirəm ki, tələskənliyə yol verməməliyik. Dövlətin aidiyyəti qurumları ilə birgə vəziyyəti izləyib təhlil etməliyik. Bütün ssenarilər işlənilib”,-nazir belə deyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-02-2020, 13:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-02-2020, 13:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29