reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Nefti 20 dollara kim satacaq?

reklam

Nefti 20 dollara kim satacaq?


“Dünya bazarında neftin qiyməti 1991-ci il Körfəz savaşından (34%) sonra ən sərt düşüşü yaşadı (31%). Hazırda müxtəlif marka xam neft qiymətləri 30 dollar civarında dəyişir”.
Bunu iqtisadçı Kənan Aslanlı deyib. O, bildirib ki, koronavirusun neftə tələbi daraltması ilə başlanan azalma "OPEC+" formatında Rusiya və Səudiyyə Ərəbistanı arasında razılaşma olmaması ilə daha da dərinləşdi. 
“Ən son Səudiyyə Ərəbistanının hasilatı yenidən 10 milyon barrelə yüksəltməsi qərarı və öz neftinə endirim tətbiq etməsi bu tarixi düşüşü zəruri etdi. 
Rusiya OPEC toplantısında Amerikaya işarə edərək hasilatı azaltmaq növbəsinin "qaya nefti" istehsalçılarında olduğunu vurğuladı. Ən böyük neft istehsalçıları olan ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı arasında bazar payı uğrunda "qiymət savaşı" (price war) başlayıb. 
Amma heç bir ölkə 20-30 dollar kimi aşağı neft qiymətinə orta və uzun müddətdə hazır deyil. Xüsusən, Səudiyyə Ərəbistanının dövlət büdcəsinin balanslı olması üçün neftin qiyməti 80 dollar civarında olmalıdır. Rusiya 2020-ci il dövlət büdcəsində neftin qiymətini 42 dollardan hesablayıb, amma cəmi 1%-lik iqtisadi artım və sanksiyalar fonunda onun da aşağı neft qiymətinə immuniteti zəifdir”.


Paylaş:


Müəllif : Tarix:
9-03-2020, 11:32
Sikayət   


loading...
Загрузка...