YAXINDA AZƏRBAYCANDA DEVALVASİYA BAŞ VERƏ BİLƏR - İqtisadçılar danışır...
Dünya birjalarında neft kəskin ucuzlaşmaqda davam edir. Belə ki, son məlumatlara görə, "Brent" markalı neftin bir barreli 3,04 faiz ucuzlaşaraq, 32,82 dollar, yüngül neft isə 1,76 faiz ucuzlaşaraq, 31,17 dollar olub. Bundan başqa, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti azalıb. Apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,93 faiz azalaraq 1,83 ABŞ dolları təşkil edib. Şübhəsiz ki, mövcud vəziyyət Azərbaycan da daxil olmaqla, neft və təbii qazdan asılı olan ölkələrdə milli valyutanın dollar qarşısında duruş gətirə bilməyib dəyər itirməsinə, iqtisadiyyatın nəzərəçarpacaq dərəcədə zəifləməsinə səbəb ola bilər.
"Azərbaycan iqtisadiyyatında kifayət qədər makroiqtisadi dayanıqlıq var ki, hər iki intervalda makroiqtisadi tarazlığı və maliyyə sabitliyini təmin edə bilsin"
Məsələnin maraqlı tərəfi ondadır ki, Mərkəzi Bankının sədri Elman Rüstəmov bu versiyanı inkar edir. O, REAL TV-yə müsahibəsində qeyd edib ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin enməsinə kifayət qədər dayanıqlıdır. Onun sözlərinə görə, Azərbaycanda bütün sosial-iqtisadi proqramlar neftin 2015-ci ildən bu günə olan qiymətlərinə uyğunlaşıb: "Bildiyiniz kimi, 2015-ci ildən sonra bir sıra tədbirlər görüldü. Biz iqtisadiyyatı yeni bir neft qiymətlərində tarazlaşdırmağa nail olduq və bu neftin qiymətini tədricən özümüzün həm sosial-iqtisadi inkişaf proqnozlarımızla, həm büdcəmizlə azaltmağa doğru getdik. 2015-ci ildə neftin qiyməti büdcəmizdə 90 ABŞ dolları idi, amma cari büdcəmiz 55 ABŞ dolları səviyyəsində qurulub. Sosial-iqtisadi inkişaf proqnozlarımız da buna əsaslanır. Büdcə qaydaları qəbul olundu, manatın məzənnəsi 1,7 faiz səviyyəsində tarazlaşıb. 2018-2019-cu illərdə manatın məzənnəsində ucuzlaşma yox, bazarda bahalaşma təzyiqləri var idi. Yəni valyuta bazarı da tarazlaşıb. Biz bu dövrlərdə əhəmiyyətli valyuta ehtiyatları da yaratdıq. 55 ABŞ dolları neftin kifayət yüksək qiymətidir. Bu həm ölkədə bütövlükdə sosial-iqtisadi inkişaf proqramlarını reallaşdırmağa, həm iqtisadi inkişafa dəstək verməyə, həm də iqtisadiyyatı sabit saxlamağa imkan verdi. Lakin bu gün neftin qiymətləri düşüb. Hesab edirəm ki, bu Azərbaycan iqtisadiyyatı elə də təhlükəli zonada deyil, bu, komfort zonadır. Son günlər bundan tez-tez danışırlar. Bizim əsas makroiqtisadi fundamentalları təmsil edən göstəricilərə baxsaq, görərik ki, o bizim ilk növbədə çox yüksək strateji valyuta ehtiyatlarımızdır ki, bu da ümumi daxili məhsulumuzun 110%-nə çatıb. Xarici borcumuza baxsaq görərik ki, son illər görülən işlər nəticəsində xarici borc bizim ÜDM-dən əhəmiyyətli dərəcədə, dəfələrlə aşağıdır". Azərbaycanın çox konservativ xarici borcu olduğunu vurğulayan Mərkəzi Bankının sədrinin fikrincə, bu, bizə imkan verir ki, indiki situsiyaya çox optimist baxaq: "Nə mənada optimist? İki yanaşma var. İlin əvvəlində neftin qiyməti 58 ABŞ dolları idi. Baxmayaraq ki, bu gün neftin qiyməti 34 ABŞ dollarıdır, amma bütövlükdə Azərbaycan büdcəsi üçün ilin əvvəlindən 58 ABŞ dollarıdır. Əgər bir həftə, 10 gün müddətinə neftin qiyməti öz məcrasına qayadırsa, biz cüzi bir şey itirəcəyik. Əgər bu qısamüddətli təsirdirsə, bu bir ssenaridir. İkinci ssenari, neftin qiyməti dediyimiz 60 ABŞ dolları səviyyəsinə qalxmırsa, 55 ABŞ dolları ola bilsin, 40-50 ABŞ dolları, yaxud 30-40 ABŞ dolları intervalına keçir. Azərbaycan iqtisadiyyatında kifayət qədər makroiqtisadi dayanıqlıq var ki, hər iki intervalda makroiqtisadi tarazlığı və maliyyə sabitliyini təmin edə bilsin".
"Qiymətin aşağı səviyyədə qalması Azərbaycan üçün çağırışdır və biz bunun üzərində düşünəcəyik, addımlarımızı müəyyənləşdirəcəyik"
Bu arada, ölkə başçısının köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin müdiri Şahmar Mövsümov da AzTV-yə açıqlamasında bildirib ki, son günlər dünya bazarında neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək: "Davamlı, düşünülmüş şəkildə aparılan strategiya nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı 2014-2015-ci illərdəki kimi deyil. Biz ajiotaj yaşadıq, amma ən qısa müddətdə bu ajiotaj aradan qalxdı. Azərbaycanın ehtiyyatları kifayət qədərdir ki, istənilən böhrana davamlılıq nümayiş etdirə bilsin, fəsadların qarşısını tezliklə alsın. Fiskal dayanıqlılığımız yerindədir, maliyyə ehtiyyatlarımız 50 milyarddan, yəni ÜDM-un 106 faizindən çoxdur. Belə demək olar ki, hazırda dünyada belə bir ölkə yoxdur. Təbii ki, göstəricilər bizdə əminlik yaradır. Bütün hallarda təbii ki, böhrana qarşı müəyyən tədbirlər də görülməlidir. İlk öncə deyim ki, bu gün büdcəmizdə dövlətin sosial öhdəliklərini tam yerinə yetirə bilməsi üçün yetərli qədər vəsait var. Bu barədə heç bir şübhə olmamalıdır. İkinci məsələ odur ki, fiskal və manitar manevrə imkan yaradan ehtiyyatlarımız yetərlidir. Növbəti illərdə əlbəttə ki, qiymətin aşağı səviyyədə qalması Azərbaycan üçün çağırışdır və biz bunun üzərində düşünəcəyik, addımlarımızı müəyyənləşdirəcəyik".
"Qlobal böhranın ömrü uzanacağı tədqirdə neftsiz istehsal sahələri vasitəsilə Azərbaycan iqtisadiyyatı az zərər görə bilər"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı istehsal üzərində qurulmayıb, neftdənkənar istehsal çox məhduddur: "Ona görə qlobal böhranın ömrü uzanacağı tədqirdə neftsiz istehsal sahələri vasitəsilə Azərbaycan iqtisadiyyatı az zərər görə bilər. Qeyri-neft iqtisadiyyatı əsasən xidmət sektorundan ibarətdir. Ən son statistikaya görə, neft-qaz sənayesindən kənar iqtisadiyyatda istehsal sahələrinin payı cəmi 20 faizə yaxındır. Bura aqrar sektor və qeyri-neft sənayesi daxildir.
Neftdənkənar sektorda ən böyük xüsusi çəki isə ticarət, restoran xidmətləri və turizm sektorudur - 25 faiz. Ən böyük zərbəni bu sektor alması riski var. Bir tərəfdən xaricdən turist axını, digər tərəfdən bütün mərasimlər və kütləvi tədbirlər dayandı. Hamımız yaxşı bilirik ki, bizim xidmət sektorumuzun dayağı "mərasim-məclis iqtisadiyyatı"dır". İqtisadçı ekspert qeyd edib ki, ticarət müəssisələrinin özünün satış dövriyyəsində restoran-şadlıq evi, otel şəbəkəsinin ciddi payı var: "Deməli, ən azından onların istehlakı qədər gündəlik tələbat malları üzrə ixtisaslaşmış ticarət dövriyyəsi kiçiləcək. Bu şəbəkədə ciddi işçi ixtisarları, işçi qazanclarının da azalması qaçılmazdır. Qeyri-müəyyənlik istehlakçı seçiminə neqativ təsir göstərir və adətən uzunmüddətli əşya və geyim mallarına tələbatı azaldır. Demək, həmçinin ticarət sektorunun bu seqmentində də dövriyyənin kiçilməsi riski var. Bu 2 sektorda ən azından 600-700 min insanın çalışması barədə məlumat var. Böhran onlarda işçi ixtisarlarını, maaş kəsilmələrini qaçılmaz edəcək. Mal dövriyyəsinin azalması yük nəqliyyatının işinə, gəlir və məşğulluq imkanlarının azalması əmlak bazarında durğunluq hesabına tikinti sektoruna təsir riski yaradır. Qeyri-neft sektorunda durğunluğun artması vergi orqanlarının da işini xeyli çətinləşdirəcək".
"Azərbaycan ciddi şəkildə neftdən asılıdır və bu istiqamətdə müəyyən tədbirlər görmək əvəzinə, problemi inkar etməyin heç bir mənası yoxdur"
"Hürriyyət"ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, bu gün Azərbaycan ciddi şəkildə neftdən asılıdır və bu istiqamətdə müəyyən tədbirlər görmək əvəzinə, problemi inkar etməyin heç bir mənası yoxdur: "Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov 2015-ci ildə iki dəfə devalvasiya olduqda özü ictimai cıxışlarının hamısında demişdi ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, neftin qiymətinin düşməsi bizim tədiyyə balansımıza, makro iqtisadi göstəricilərimizə mənfi təsir göstərir və bu səbəbdən də devalvasiyaya getmək məcburiyyətində qaldıq. Yəni son 5 ildə nə dəyişib? Təbii ki, heç nə dəyişməyib. Əslində, Azərbaycanın neftdən asılılığı necə güclü idisə elə də qalıb. Belə ki, büdcənin formalaşmasında Neft Fondu 49 faiz rola malikdir. Bundan başqa, büdcənin 11 faizi neft şirkətlərindən gələn vergilərdən asılıdır. Odur ki, büdcənin neftdən birbaşa asılılığı 60 faiz civarındadır. Elə bu ilin yanvar ayını götürsək, xarici ticarətdə neft, neft məhsulları və təbii qazın payı 92 faizdir. Yəni ortada heç bir dəyişiklik yoxdur. Əksinə, son beş ildə bir az artım var. Bu parametrləri götürdükdə, Azərbaycanın neftdən çox ciddi asılı olması heç kimdə sual doğurmur. Bunu etiraf edib, bununla bağlı müəyyən tədbirlər planı görmək əvəzinə, problemi inkar etməyin mənasını, məntiqini görmürəm".
"Neft qiymətlərinin düşməsi Azərbaycanın bütün göstəricilərinə mənfi təsir edir"
Azərbaycan iqtisadiyyatının aşağı neft qiymətlərinə hazır olmadığını vurğulayan iqtisadçı ekspertin sözlərinə görə, 2015-ci ildə Mərkəzi Bankın ehtiyatları 15,8 milyard dollar idisə, bu gün 6,2 milyard dollardır: "Yəni hazırda Mərkəzi Bankın o vaxtdan az qala 3 dəfə az ehtiyatı var. Neft Fondun ehtiyatlarını götürsək, o vaxtla indiki ehtiyatlar arasında elə bir ciddi fərq yoxdur, aşağı-yuxarı eyni səviyyələrdədir. Bu parametrlərə baxdıqda, təbii ki, Azərbaycanın neftdən asılılığı həddən artıq yüksəkdir. Buna görə də neft qiymətlərinin düşməsi Azərbaycanın bütün göstəricilərinə mənfi təsir edir. Sadəcə, burada neftin qiymətinin aşağı səviyyədə qalmasının nə qədər davam edəcəyi çox önəmlidir. Düşünürəm ki, Mərkəzi Bank və hökumət dünya bazarında, neftin qiymətlərində hansı dəyişikliklərin olacağını müəyyənləşdirmək üçün ən azından bir neçə həftə gözləmə mövqeyi tutacaq. Bundan sonra isə manatın taleyi ilə bağlı hansısa bir addım atmağa qərar verəcəklər. Söhbət ondan gedir ki, təkcə neftin qiymətinin düşməsi manata basqıları artırmır. Təbii ki, basqını artıracaq əsas alət budur. Lakin hazırda basqını gücləndirən digər elementlər də var. Bu da qonşu ölkələrin milli valyutalarının dəyərdən düşməsidir. Belə ki, bizim əsas ticarət tərəfdaşı olan ölkələrdə - Rusiya, Türkiyə və Gürcüstanda milli valyuta dəyərdən düşür. Bu da öz növbəsində, idxalı stimullaşdırır. Yəni bu, Azərbaycana idxal olunan məhsulları daha ucuz və sərfəli hala gətirir. Bu isə getdikcə qeyri-neft sektorunun inkişafına və ixracatına mane olan əsas faktora çevrilir. Odur ki, bütün bu parametrləri nəzərə alsaq, Azərbaycanda devalvasiya ilə bağlı gözləntilər əsaslıdır. Belə bir gözlənti var, bunun yaxın zamanlarda baş vermə ehtimalı çox yüksəkdir".
"Hökumətin alternativ "B planı" planı yoxdur, əgər olsaydı, o zaman bu, detallı şəkildə açıqlanar və ətrafında müzakirələr olardı"
Azərbaycanda məzənnənin iqtisadi faktor olmaqdan çıxdığını və siyasi qərarla dəyişdirildiyini deyən Natiq Cəfərli hesab edir ki, bu səbəbdən də siyasi qərarla məzənnənin dəyişdirilməsi ilə bağlı hər hansı addım atılacaq: "Bunun isə bir neçə həftəlik gözləmə mövqeyindən sonra olması ehtimalı yüksəkdir. Hökumətin alternativ "B planı"nın olmasına gəlincə, açığı hökumətin belə bir planı yoxdur. Əgər "B planı" olsaydı, o zaman bu, detallı şəkildə açıqlanar və ətrafında müzakirələr olardı. Sadəcə, bir neçə gün öncə Nazirlər Kabinetinin yanında toplantı olub və bu, "B planı" kimi təqdim olundu. Həmin plana baxdıqda aydın olur ki, hələlik gözlə görülə biləcək əsas addım bankların bir saat artıq malışması, yəni 6-da yox, 7-də bağlanması və şənbə, bazar günləri də açıq olmasıdır. Təbii ki, bu, "B planı" deyil. Bu, sadəcə iş rejiminin dəyişdirilməsi planıdır. Orda göstərilən digər parametrlərin hamısı onsuz da əməl edilməli tədbirlərdir. Məsələn, yazılıb ki, Maliyyə Nazirliyi və Mərkəzi Bank humanitar siyasətə nəzarəti gücləndirəcək, humanitar siyasət aparılmasında ciddi addımlar atılacaq. Yəni bu, onsuz da onların görməli olduğu addımlardır. Əslində, biz "B planı"nı daha detallı gözləyirdik ki, iqtisadiyyatda hansı addımlar atılacaq, hansı təşviq proqramları qəbul olunacaq. Çünki bu gün söhbət yalnız neftdən getmir. Belə ki, koronavirusun yayılması da dünyada, o cümlədən Azərbaycanda iqtisadi aktivliyi xeyli zəiflədib".
"Bu gedişlə onminlərlə insan işini itirə bilər"
Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirlərinə gəlincə, iqtisadçı ekspertin fikrincə, bu qərar biznesə, kiçik və orta sahibkarlara da çox böyük mənfi təsir göstərir: "Belə ki, həmin qərarla tətbiq olunan tədbirlər kiçik və orta sahibkarların gəlirlərini, dövriyyəsini azaldır. Deməli, bu halda onların vergi daxilolmaları da azalacaq. Eyni zamanda, iş yerlərində də ciddi problemlər yaranacaq. Əsasən də turizm və ictimai iaşə sektorunda işsizlik artacaq. Yəni biz hökumətdən bunun qarşısında atılacaq addımları gözləyirdik. Amma hələlik bununla bağlı heç bir addım atılmayıb. Ümumiyyətlə, Nazirlər Kabinetinin son məhdudlandırıcı qərarlarından sonra yeni bir durum yaranıb. Bu yeni vəziyyətdə hər kəs məsuliyyətini dərk etməlidir.
Bizdə iqtisadi vəziyyətin ağırlığı daha çoxdur, neft qiymətlərinin kəskin ucuzlaşması və uzun müddət aşağı səviyyətdə qalması ehtimalı koronavirus təhlükəsi ilə birləşdi. Qeyd etdiyim kimi, bu, iqtisadi proseslərə daha ağır təsir göstərəcək. Onu da bildirməliyəm ki, sərhədlərin vətəndaşlar üçün bağlı olması mallara aid deyil, Gürcüstan üzərindən məhsulların ölkəyə daxil olması davam edəcək. Hətta İrandan da TIR-lar gəlir. Düzdür, sayı azalıb, amma ordan da daxil olmalar var. Rusiya ilə sərhəd isə hələ ki, açıqdır, deməli ərzaq və gündəlik təlabat mallarının ölkəyə gətirilməsində ciddi problemlər olmayacaq. İnsanlara sadə dildə bunu izah edə bilmirlər deyə, vətəndaşlar marketlərə axın edib əllərinə keçən hər şey alırlar. Bu isə o deməkdir ki, həm qiymət artımı ola bilər, həm də ölkədən valyuta çıxışı sürətlənəcək. Zatən, manata ciddi basqı var, bir müddət sonra isə məzənnəni süni şəkildə indiki səviyyədə saxlamaq mümkün olmayacaq. Market ajiotajı bu prosesi daha da sürətləndirir. Ölkədə biznes sahələrinə, özəl sektora böyük ziyan dəyir. Turizm sektoru çöküb, öz gücünə ayaqda qalması mümkün görünmür. Rəsmi rəqəmlərə görə, bu sahədə 23 min insan çalışır, amma real rəqəm bundan azı 2-3 dəfə daha çoxdur. Çünki heç də bütün işləyənlər rəsmi müqavilə bağlamırlar. Bu gedişlə onminlərlə insan bu sahədə işini itirə bilər".
"Özəl sektorun ayaqda qalması üçün ciddi təşviq proqramlarına ehtiyac var"
Natiq Cəfərli onu da bildirdi ki, əslində, insanların kütləvi toplaşdığı yerlərdə müəyyən məhdudiyyətlərin olmasına koronavirusun qarşısının alınması üçün atılan addımların tərkib hissəsi kimi baxmaq olar: "Amma biznesə, özəl sektora belə qadağalar qoyulursa, o zaman əvəzində nəsə təklif olunmalı, kompensasiya verilməli, vergi güzəştləri tətbiq olunmalıdır. Yəni ilk addım kimi bütün tirizm obyekt və şirkətlərinə azı 6 aylıq "vergi tətili" verilməli, onlar bütün növ vergilərdən azad edilməlidirlər. Çünki hökumətin qərarı ilə kafe-restoranlar ancaq saat 21:00-a qədər çalışa bilər, bu dönəmdə hətta açıq olduqları saatlarda belə, insanlar həmin obyektlərə çox az gedəcək. Deməli, onların da böyük itkiləri olacaq. İctimai iaşə obyeklərinə də 6 aylıq "vergi tətili" verilməlidir. Bu sahədə çalışanların sayı daha çoxdur, əksəriyyəti də qeyri-rəsmi çalışırlar. Onlar da işsiz qala bilər, çünki obyekt işlədənlər ilk olaraq xərclərini azaldacaq, bunun da ən asan yolu işçi ixtisarlarıdır. Amma bu məsələdə tək hökumətin atmalı olduğu addımlar azadır. Belə obyekt sahibləri, hansılar ki, öz əmlakını işlətmək üçün icarəyə veriblər, onlar da icarə haqqını ən azı 50 faiz azaltmalıdırlar. Obyekt sahibləri anlamalıdırlar ki, 6 ay daha az gəlir götürmələri aylarla obyektlərinin tam boş qalmasından daha karlı və məntiqlidir. Bir sözlə, hökumətin bununla bağlı ciddi planı olmalı, dəstək proqramları açıqlanmalıdır. Düşünürəm ki, Nazirlər Kabineti tərəfindən tətbiq edilən qadağaların nə vaxta qədər davam etməsi, koronavirusun yayılma arealından və sayından asılıdır. Avropadan gələn xəbərlər onu deməyə əsas verir ki, hələlik pandemiyanın uzun müddət davam etməsi ehtimalı var. Əgər bu, uzun müddət davam edəcəksə, o zaman qadağaların da uzunmüddətli olması gündəmə gələcək. Bu zaman isə özəl sektora dəymiş ziyan daha da böyüyəcək. Odur ki, özəl sektorun ayaqda qalması üçün ciddi təşviq proqramlarına ehtiyac var".
Hurriyyet.org
Paylaş:
Müəllif : Yazar
Tarix:17-03-2020, 13:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-03-2020, 13:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
19-12-2024, 11:19