Azərbaycanda avtomobillər bahalaşacaqmı - GƏLİŞMƏ
Koronavirus pandemiyası dünya avtomobil istehsalına ciddi zərbə vurub. İlkin mərhələdə Çində ayrı-ayrı hissələrin istehsalı ilə məşğul olan zavodların bağlanması əksər avtomobil nəhənglərinin buraxılış gücünü azaltdı. İndi isə koronavirusun yayılması nəticəsində Avropa və Asiyadakı avtomobil zavodları bir neçə həftəliyə fəaliyyətini dayandırır.
Avropanın avtomobil nəhəngləri koronavirus təhlükəsinə görə istehsalı dayandırmaq qərarına gəliblər.
Belə ki, Fransanın “Peugeot”, “Citroen”, “DS”, “Vauxhall” və “Opel” markalı avtomobillər istehsal edən “PSA Group” şirkəti Avropada yerləşən bütün istehsal müəssisələrində işi martın 27-dək dayandırdığını elan edib. Qərar Fransa, İspaniya, Böyük Britaniya, Polşa, Portuqaliya və Slovakiyadakı bütün müəssisələrə şamil olunur.
“Fiat Chrysler” isə 6-sı İtaliyada yerləşən 8 zavodunun hamısında işi 2 həftəliyinə tam dayandırır.
“Renault SA” İspaniyadakı fəaliyyətini ölkədə fövqəladə vəziyyət başa çatanadək dayandırır. Fransanın şin istehsalçısı olan “Michelin” martın 17-dən İtaliya, İspaniya və Fransadakı müəssisələrində işin dayandığını elan edib.
Almaniyanın “Volksvagen” konserni həftəsonundan etibarən Avropadakı işinə fasilə verir. Lakin konsernin Çindəki 33 müəssisəsindən 31-də fəaliyyət tam bərpa olunub. Şikrətin Lamborghini i Bugatti istehsal edən İtaliyadakı zavodları isə ötən həftədən istehsalı dayandırıblar (AFN.az).
Almaniyanın aparıcı avtomobil istehsalçısı BMW koronavirusun yayılması ilə əlaqədar Avropadakı zavodlarının işini 4 həftəlik dayandırdığını elan edib. Şirkətin rəhbəri Oliver Zipse bildirib ki, Avropadakı müəssisələrlə yanaşı, Cənubi Afrikadakı “Rosslyn” zavodunun da işinə aprelin 19-dək fasilə verilməsi planlaşdırılır.
Almaniyanın “Audi” və “Daimler” avtomobil istehsalçıları da Avropadakı zavodlarında işi dayandırıblar.
Avropa zavodlarının istehsalı dayandırması Azərbaycanda avtomobillərin qiymətinə necə təsir edəcək? Bu, bahalaşma ilə nəticələnəcəkmi?
Qeyd edək ki, Azərbaycan son illərdə avtomobil idxalını kəskin artırıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycana 47 710 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu, 2018-ci illə müqayisədə 18 834 ədəd və yaxud 65,2 faiz çoxdur. İl ərzində sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 250 ədəd və yaxud 84,2 faiz artaraq 547 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 17 009 ədəd və yaxud 65,05 faiz artaraq 43 156 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1 480 ədəd və yaxud 64,35 faiz artaraq 3 780 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 95 ədəd və yaxud 72 faiz artaraq 227 ədəd olub.
Ötən idxal etdiyimiz avtomobillərin yarıdan çoxu Gürcüstandan alınıb. Belə ki, bu ölkədən Azərbaycana 24 314 ədəd minik avtomobili ixrac olunub. Gürcüstanın Milli Statistika İdarəsindən verilən məlumata görə, Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin dəyəri 248 769,9 min dollar təşkil edib. 2018-ci illə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı 11 269 ədəd, 2017-ci illə müqayisədə isə 19 759 ədəd çoxdur. Son üç ildə Azərbaycan qonşu ölkədən aldığı avtomobillərin sayını 5,3 dəfə artırıb (Report).
Ötən il Azərbaycana Rusiyadan 2019-cu ildə istehsal olunan 3,3 min avtomobil gətirilib. Bu göstərici ilə ölkəmiz ötən il Rusiyadan avtomobil tədarük edən ölkələr arasında 3-cü yeri tutub.
Bu ilin yanvar-fevral aylarında isə Azərbaycana 122,893 milyon dollar dəyərində 11 547 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 378 ədəd və yaxud 2,2 dəfə çoxdur.
Tural Yusifov: “Hər şey bazardakı tələbdən asılıdır”
Avtomobil sahəsi üzrə araşdırmaçı Tural Yusifovun “Yeni Müsavat”a dediyinə görə, avtomobil zavodları onsuz da Çindəki vəziyyətə görə istehsalı azaltmışdılar: “İndi isə Fransa, Almaniya Avropadakı bütün zavodlarını bağlayırlar. Bundan əvvəl Cənubi Koreyada istehsala fasilələr verilib. Yəni bazara təklif getdikcə azalır. Bu şəraitdə qiymət dəyişikliyi tələbdən asılı olacaq. Əgər tələb yüksək olacaqsa, qiymət bahalaşacaq. Yox, tələb az olacaqsa, qiymət ən azı dəyişməyəcək. Hansı ki, yaranmış vəziyyətdə bu da istisna edilmir. Məsələn, Çində avtomobil satışı tələbin azalması üzündən 70 faizdən çox azalıb”.
T.Yusifov qeyd edir ki, Azərbaycanda ikinci əl avtomobil bazarında Avropa istehsallı maşınlar, birinci əl bazarında isə Asiya istehsallı maşınlar üstünlük təşkil edir: “Yeni avtomobillər, ümumiyyətlə, azdır. Onların da əksəriyyəti Yaponiya, Cənubi Koreya avtomobilləridir. İndiki halda stokda olan avtomobillərin deyil, 1-2 aydan sonra - istehsal bərpa edildikdən sonra qiymətlərin yüksəlməsi mümkündür”.
Ekspert Elməddin Muradlının sözlərinə görə, koronavirus səbəbindən bir çox ölkələrdə avtomobil sənayesi ilə məşğul olan şirkətlər öz fəaliyyətlərini dayandırmaq qərarı qəbul ediblər, hətta bəziləri yerlərini dəyişdirmək üzərində düşünür: “Bütün bunlar, əlbəttə ki, avtomobil sənayesinə təsirsiz ötüşməyəcək. Bu qərarların bazara necə təsir edəcəyi haqda bəribaşdan fikir söyləmək çətindir. Dərhal qiymət artacaq, ehtiyat hissələr bahalaşacaq, yaxud hansısa dəyişiklik baş verəcək, bunu demək olmaz. Amma ümumilikdə təsirsiz ötüşməyəcək”.
Elməddin Muradlı: “Hələlik insanlar maşın barədə düşünmürlər, amma...”
Ekspert bildirir ki, bundan əvvəl də müəyyən hadisələr baş verəndə öz nəticəsini avtomobillərin qiymətində göstərib: “Bu il ərzində də təbii ki, artım qaçılmazdır. Çünki avtomobil sənayeçiləri öz zərərlərini ciblərindən qarşılamırlar. Çox güman ki, qiymət artımı ilə balanslarını qorumağa çalışacaqlar. Lakin hazırda Azərbaycanda hər hansı qiymət artımı müşahidə edilmir. Çünki hazırkı şəraitdə insanların avtomobil almağa, bazarla maraqlanmağa zamanı və marağı yoxdur. Ola bilsin ki, bəladan sovuşandan sonra bazara maraq yaranacaq və müəyyən artımların şahidi olacağıq".
E.Muradlı onu da qeyd edir ki, koronavirus hər yerdə olsa da, müxtəlif ölkələrdə istehsal davam edir: “Hər bir halda koronavirus elə bir bəladır ki, istənilən sahəyə öz zərərini vurur, eyni zamanda da avtomobil sənayesinə. Bu, avtomobillərin qiymətində, ehtiyat hissələrinin, sürtkü yağlarının bahalaşmasında özünü göstərəcək. Amma bilirsiniz, bazarda gərək tələb ola ki, qiymət artsın. İndiki halda isə mən tam məsuliyyətimlə deyirəm, insanları qətiyyən avtomobil maraqlandırmır. Hər 100 nəfərdən bir-ikisi bəlkə bu düşüncədə olar, amma kütləvi deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-03-2020, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-03-2020, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29