reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycana xarici qeydiyyatlı maşınların gətirilməsi qaydası dəyişdi

reklam

Azərbaycana xarici qeydiyyatlı maşınların gətirilməsi qaydası dəyişdi


Baş Nazir Əli Əsədov “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qaydaların 4.3-cü bəndinə “müvəqqəti olaraq gətirilməsinə” sözlərindən sonra “hər təqvim ili ərzində ümumilikdə” sözləri əlavə edilir.
Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Qeyd edək ki, qaydaların 4.3- cü bəndinə əsasən xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycanın ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir.


Paylaş:


Müəllif : Tarix:
21-03-2020, 10:25
Sikayət   


loading...
Загрузка...