reklam
Regionxeberlericom.az » İqtisadiyyat » “Kredit borcu olanlara 3 ay möhlət verilsin” – Koronavirus fors-majoru

reklam

“Kredit borcu olanlara 3 ay möhlət verilsin” – Koronavirus fors-majoru


Bir həftə ərzində Azərbaycan hökuməti koronavirusun təsirinə məruz qalan biznesi dəstəkləmək üçün təkliflər paketi hazırlayacaq. Bununla əlaqədar olaraq iqtisadçılar sosial təcrid tədbirləri səbəbindən çətin vəziyyətə düşən adi vətəndaşlara və sahibkarlara kömək etmək üçün öz planlarını dilə gətirdilər.

Nazirlər Kabinetinin çərşənbə axşamı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasında Covid-19-un Azərbaycan iqtisadiyyatına mənfi təsiri və biznes strukturlarına dəstək tədbirləri müzakirə olunub. Müzakirələrdən sonra hökumətə bir həftə ərzində ticarət, iaşə və nəqliyyat sahələrində məhdudlaşdırıcı tədbirlər nəticəsində iş itkilərini minimuma endirmək üçün təkliflər paketi hazırlamaq tapşırılıb. Dövlət məmurları, həmçinin sahibkarlıq subyektlərinə dəstək formalarını müəyyənləşdirməlidirlər.

Hökumətin biznesə dəstək vermək niyyətini AYNA-ya şərh edən Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun sözlərinə görə, bununla yanaşı sahibkarlara xüsusi dəstəyin genişləndirilməsi də nəzərdə tutulur: “Məhdudlaşdırma tətbiq olunan ərazilərdə sosial təcrid tədbirləri biznesə təsir göstərə bilmir. Qida, turizm və xidmət sahələrində fəaliyyət göstərən obyektlərin dövriyyəsində azalma var. Məsələn, toylara qoyulan qadağa, şübhəsiz ki, bu işin sahibləri və işçilərinin gəlirlərinə təsir göstərir. Məhdudiyyətlər turizm şirkətlərinin fəaliyyətinə də təsir edir”.

Bayramov deyib ki, hökumətin nəzərdə tutulan tədbirlər paketi sahibkarları və adi vətəndaşları dəstəkləmək məqsədi daşıyır: “Mövcud vəziyyətdə əhaliyə və biznesə verilən kreditlərin təxirə salınmasını müəyyənləşdirmək faydalı olar. Çətinliklər ola bilər, çünki yerli bank sektoru, iki kredit və maliyyə institutundan əlavə özəl banklar tərəfindən formalaşdırılır. Ancaq Mərkəzi Bank belə bir tövsiyə verə bilər. Koronavirus ilə əlaqədar yaranan gəlirin azalmasından şikayət edən vətəndaşlardan müraciətlər alırıq. Kreditləri ödəmək onlar üçün çətin olur. Məsələn, gəlirlərini Almaniyadan maşın gətirməklə əldə edən insanlar artıq bu işlə məşğul ola bilməzlər, amma bəzilərinin ipoteka borcu var”.

“Buna görə də, bu cür müştərilər bank borcunu ödəməkdə çətinlik çəkirlər. Bununla əlaqədar onlara borcun ödənilməsini gecikdirməyə görə cəriməsiz üç ay güzəşt müddəti təklif edirik. Ümumiyyətlə, yeni epidemiyaya qarşı qlobal mübarizənin nəticələrindən asılı olaraq güzəşt müddətinə yenidən baxıla bilər. Güman edilir ki, bunun üçün sosial təcrid rejimindən sonra COVID-19-un yayılmasının fövqəladə və keçilməz hal kimi tanınması barədə qərar qəbul edilməlidir. Bu vəziyyətdə belə tədbirlər defolt ilə əlaqədar mübahisələrin həllini asanlaşdıracaq. Ümumiyyətlə, kredit müqavilələrində fors-major vəziyyətinin mümkünlüyünü təyin edən bank müştərilərinə kömək edəcək”, - deputat bildirib.

Digər tərəfdən, Bayramov qeyd edib ki, koronavirus epidemiyası onlayn ticarətin aktuallığını artırıb: “Sosial təcrid tədbirlərini nəzərə alaraq, elektron satış formatını təşviq etmək üçün bu sahədə müəyyən hökumət dəstəyi məqsədəuyğundur. Bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da onlayn satışlar vergidən azaddır. İnanıram ki, belə bir təcrübəni tətbiq etməyimiz məqsədəuyğun olar”.

İqtisadçılar xarici təcrübəyə diqqətlə baxmağı məsləhət görürlər, çünki koronavirusun vurduğu zərər bir çox ölkələr üçün adi hala çevrilməyə başlayıb. Hazırda karantinlə əlaqədar, vəziyyətdən daha az zərərlə çıxmaq məsələsi ölkələrin hökumətləri tərəfindən müzakirə olunur. Bu istiqamətdə müvafiq qanun layihələri hazırlanır. Məsələn, Ukraynanın parlament komitəsi karantinin tətbiqi ilə əlaqədar biznes üçün vergi və inzibati güzəştlər haqqında qanun layihəsini dəstəklədi. Bir sıra ölkələr vergi qanunlarını pozan müəssisələr üçün cərimələrin müvəqqəti aradan qaldırılmasını, yoxlamalara ara verilməsini təmin edirlər. Bundan əlavə, bəzi hallarda illik dövlət bəyannamələrinin təqdim edilməsi müddətləri uzadılır, torpaq vergi ödəmələri üçün vergi tətilləri tətbiq edilir və qeyri-yaşayış daşınmaz əmlaka vergi tətbiq edilməsi, hətta müəyyən dövrlər üçün də aradan qaldırılır.

Ümumiyyətlə, dəstək üçün yanaşmalar dəyişir, lakin vergi yükünün təxirə salınması ilə əlaqəli ümumi cəhətlər var - vətəndaşların əməkhaqqı vergilərindən azad edilməsi, kiçik və orta sahibkarlıq üçün vergi ödənişlərinin təxirə salınması və kreditlərin təxirə salınması təklifləri müzakirə olunur.

İqtisadçı-ekspert Samir Əliyevin AYNA-ya deyib ki, hökumətin təkliflər paketinə ictimai iaşə müəssisələri üçün vergi tətilləri, vergi yoxlamalarının dayandırılması, habelə cari ilin birinci rübü üçün qarşıdakı maliyyə hesabatları ilə əlaqədar qanun pozuntularına görə cəzalar daxil edilməlidir: “Burada biznesi müvəqqəti olaraq icarədən azad etmək də məqsədəuyğundur. Son bir ayda mütəxəssislər ölkədə istehsal olunan “Aİ-92” markalı benzin və dizel yanacağına sahibkarlıq subyektləri üçün tariflərin endirilməsinin zəruriliyi ilə bağlı dəfələrlə təkliflər səsləndiriblər. Bu da nəzərə alınmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
23-03-2020, 13:15
Sikayət   


loading...
Загрузка...