Dövlət tərəfindən fermerlərə verilən gübrə bazarda daha ucuz satılır? - Nazirlikdən AÇIQLAMA
Bəzi Fermerlər dövlət tərəfindən verilən gübrənin bazarda daha ucuz satıldığına dair redaksiyamıza şikayətlərini bildirmişdilər. Şikayətçilərin sözlərinə görə, dövlət tərəfindən 26 manata verilən gübrəni bazardan 18-20 manata, 50 manata verilən gübrələri isə 28-30 manata başqa satış məntəqlərindən əldə etmək mümkündür. Bu məsələni aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, ötən illərdə tətbiq edilən subsidiya qaydaları ilə bəzi adamlar dövlətin fermerlərə güzəştli dəstəyindən istifadə edərək gübrə və sair alıb istifadə etmədən digər şəxslərə daha ucuz qiymətə satırdılar. Bu da insanlar arasında elə bir təəssürat oyadırdı ki, guya dövlətin verdiyi gübrə bazarda satılandan bahadır:
"Bu barədə bizdən dəfələrlə soruşulub. İndi sizə bu mövunu tam şəkildə izah edəcəm. Qeyd edim ki, hazırda ammofosun qiyməti 50 manatdır. Keçən ilki qaydalara əsasən adamlar həmin gübrəni güzəştlə 15 manata alırdılar, istifadə etmədən yol kənarlarında, və digər yerlərdə 25-30 manat arası qiymətə digər şəxslərə satırdılar. Verilən gübrənin də qalan pulunu dövlət şirkətlərə ödəyirdi, fermerin buna fikir vermirdi. Bugün bazarda az da olsa rast gəlinən ucuz gübrələr ötən illərdə dediyimiz qaydada əldə edilib satılan gübrələrdir".
Vüqar Hüseynov bildirdi ki, artıq bu ildən etibarən qaydalar dəyişib və bu cür halların baş verməsinin qarşısı alınıb: "İndi pulun hamısı fermerə verilir və deyilir ki, gübrə və digər lazım olan şeyləri özün al. Həmçinin qeyd edim ki, yeni qaydalara əsasən kart vasitəsilə verilən pulun sadəcə 25 faizini nağd şəkildə çıxarmaq mümkündür. İndi bütün vəsait fermerə verildiyi üçün o, 200 manat verib aldığı gübrəni aparıb 150 manata satmayacaq. Bunun yerinə nağdsiz olsa belə həmin pula toxum gübrə və sair alıb istifadə edəcək".
Vüqar Hüseynovun sözlərinə görə, bu cür qaydaların tətbiqinin əsas mahiyyətlərindən biri, dövlət tərəfindən verilən vəsaitin fermerlər tərəfindən başqa sahələrdə yox sırf əkinçilikdə istifadə edilməsi üçündür: "Əvvəlki illərdə vətəndaşlar dövlətdən vəsait alıb gedib özünə tutaq ki, telefon və sair alırdı. Sonra da deyirdi ki, gübrəm, toxumum yoxdur ki, əkinçiliklə məşğul olum. İndi ki qaydalar belə halların baş verməsinin qarşısını alır".
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2020, 15:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-04-2020, 15:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39