reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Yaxın vaxtlarda Gəncə Avtomobil zavodunda kombayınların yığımına başlanılacaq

reklam

Yaxın vaxtlarda Gəncə Avtomobil zavodunda kombayınların yığımına başlanılacaq


Azərbaycanda xüsusi karantin dövründə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında Gəncə avtomobil zavodu Istehsalat Birliyi də var. Hazırda zavodumuz tam kollektivlə olmasa da ehtiyac olduğu qədər işçilərin fəaliyyəti nəticəsində işini davam etdirir. Bu barədə Yeniavaz.com-a açıqlama verən Gəncə avtomobil zavodu İB Müşahidə Şurasının sədri Xanlar Fətiyev məlumat verib. Onun sözlərinə bu gün karantin rejiminin qaydalarına uyğun olaraq yığım xəttlərində iş gedir.
“Bildiyiniz kimi müəssisəmiz Azərbaycanda yeganə kənd təsərrüfatı texnikalarının istehsalı ilə məşğul olur. Ölkəmizdə kənd təsərrüfatı sahəsində çalışan fermerlər və iş adamlarının texnikalara olan tələbatını ödəmək məqsədilə kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir. Konveyerdə xəttlər üzrə məsafə 2 metrədək artırılıb. Yığım sexlərinin girişində dezinfeksiya edici məhlullarla dolu qablar, qoruyucu maskalar, bir dəfə istifadə üçün əlcəklər qoyulub. Bundan başqa aidiyyatı qurumların köməkliyi ilə sexlərimiz mütəmadi dezinfeksiya edilir” deyə Fətiyev əlavə edib.
Müşahidə Şurası Sədrinin bildirdiyinə görə hazırda zavodda müxtəlif modeldə traktorların və bir sıra kənd təsərrüfatı texnikalarının, o cümlədən müxtəlif modeldə və təyinatda traktorların yığımı aparılılr.
“Bu gün orta hesabla 2-4 traktor yığımı həyata keçirilir ki, bu da adi iş rejimində olduğundan 50 faiz aşağıdır. Mart ayında orta hesabla 35 traktor yiığılmışdır. Hazırda yetər sayda yığılmış müxtəlif modeldə traktor və kənd təsərrüfatı texnikaları var. Əgər tələbat olarsa müraciət edən hər kəsin istəyinə uyğun texnika ilə təmin edə bilərik” deyə X. Fətiyev əlavə edib.

Gələcək planlara toxunan Şura Sədri yaxın vaxtlarda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) ilə Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi əsasında Sampo-Roselew markalı kombaynların yığımına başlanılacaq: “Hazırda bu müqaviləyə uyğun olaraq komplektləşdiricilər gətirilir. Hissələr tam şəkildə müəssisədə olduqdan sonra kombaynların yığımına start verəcəyik. Gəncə avtomobil zavodunun kombayn yığımında artıq təcrübəsi var. Ümidvaram ki, tanınmış marka olan Sampo-Roselew kombaynları iş adamlarının və fermerlərin ürəyincə olacaq”.

Xanlar Fətiyev əlavə edib ki, ölkədə koronavirus epidemiyası ilə əlaqədar bir çox sahələrdə fəaliyyətin məhdudlaşdırılmasına baxmayaqraq kənd təsərrüfatında işlər davam etdiyindən Gəncə avtomobil zavodu İB-i fermerlər və iş adamları üçün bir sıra güzəştlər nəzərdə tutan paketlər üzərində iş aparır. Müəssisənin rəhbərliyi hesab edir ki, Gəncə avtomobil zavodu olaraq Birlikdə güclü olan Azərbaycana bununla öz dəstəklərini göstərmiş olacaqlar.


Paylaş:


Müəllif : Tarix:
8-04-2020, 10:41
Sikayət   


loading...
Загрузка...