reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Putin yeni neft danışıqlarını açıqladı

reklam

Putin yeni neft danışıqlarını açıqladı


Rusiya Prezidenti Vladimir Putin neft bazarının sabitləşdirilməsi ilə bağlı yeni danışıqlar barədə açıqlama verib.

Putin bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ilə danışıqlardan sonra yeni əlaqələrə ehtiyac duyulur.

Qeyd edək ki, aprelin 9-da OPEC+ ölkələrinin keçirilən videokonfransı zamanı əldə olunan razılaşmaya əsasən may ayından etibarən iki ay ərzində hasilatın gündə 10 milyon barrel azaldılması nəzərdə tutulur.

Bundan sonrakı altı ay ərzində hasilatın 8 milyon, növbəti 16 ay ərzində isə 6 milyon barrel olaraq azaldılması planlaşdırılır. Həmçinin qeyd olunub ki, sövdələşmənin parametrlərinə yalnız bir il yarımdan sonra yenidən baxıla bilər.

Bazardan 400 min barrel neft çıxarmaqdan imtina edən Meksika, sövdələşmədə problemli tərəf olaraq qalır. Bu səbəbdən tərəflər mayın 1-nə qədər Meksika ilə razılaşma əldə etməyə çalışacaqlar.

Digər məsələ isə ABŞ şirkətlərinin danışıqlara cəlb edilməsidir. İclas iştirakçıları OPEC xaricindəki ölkələrin ümumilikdə bazardan təxminən 5 milyon barrel çıxaracağını gözləyir, lakin Amerikanın iştirakı olmadan bunun baş verməsi sual altındadır.

Tramp ABŞ-ın hasilatı bazar göstəricilərinə uyğun azaltmağa başladığını bildirib, lakin OPEC iclasından bir gün əvvəl Rusiya bu mövqe ilə razılaşmayıb.

Rusiya OPEC + sazişinin şərtlərinə əsasən maksimum öhdəlik götürməyə razılıq verib. Mart ayının göstəricilərinə əsasən, Rusiya önümüzdəki aylarda günlük hasilatı 1,8 milyon barrel azaldacağını bildirib.

Səudiyyə Ərəbistanı isə hasilatı 1,3 milyon barrel azaltmağa razılıq verib.



Paylaş:


Müəllif : Tarix:
10-04-2020, 16:17
Sikayət   


loading...
Загрузка...