RUSİYA HÖKUMƏTİ POMİDORU YALNIZ YERLİ İSTEHSALÇILARDAN ALACAQ - Azərbaycan fermerlərini nə gözləyir?
Rusiyanın Milli Meyvə-Tərəvəz İstehsalçıları Birliyi ölkəyə pomidor idxalına müvəqqəti qadağa qoyulması tələbi ilə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.
Müraciətdə bunun əsas səbəbi kimi, koronavirusla bağlı izolyasiya tədbirlərinin uzadılması və rublun zəifləməsi səbəbindən sənayenin zərərdən qorumağa yardımın edilməsi göstərilir.
Müraciətdə Azərbaycan, Mərakeş, Türkiyə və Çindən pomidor idxalının dayandırılması xahiş olunur. Birliyin məlumatına görə, 2019-cu ildə Rusiyaya idxal olunan tomatın ümumi bazarda payı 52% təşkil edib.
Xatırladaq ki, Rusiya Federasiyası hələ ötən il 2020-ci ilin aprelindən ölkəyə dövlət sifarişilə xaricdən pomidor və xiyar idxalını qadağan etməyi planlaşdırıb. Bununla bağlı büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan malların siyahısına müvafiq düzəliş edilib.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qadağada məqsəd yerli istehsalçıların dəstəklənməsi və istixana tərəvəzçiliyinin inkişaf etdirilməsidir.
Məsələ ilə bağlı danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, verilən qərarın mahiyyətində bundan sonra Rusiyanın dövlət təşkilatlarının ehtiyacları üçün alınan pomidorun yerli istehsal olması durur: “Yəni təhsil müəssisələri, ordu və s. qurumlarda yerli istehsala üstünlük veriləcək. Azərbaycanda da bu praktika tətbiq olunur. Özümüzün də satınalma qanunvericiliyimizə baxsaq, müəyyən sahələrdə yerli məhsullara üstünlük verildiyi görünür. Rusiya hökuməti pomidora münasibətdə bunu nəzərdə tutur. Yoxsa istehlak bazarındakı pomidora olan tələbatının idxal hesabına ödənilməsi qadağan olunmayıb. Bu baxımdan Rusiyaya pomidor idxalına qadağa qoyulması şərhləri yanlışdır. Belə bir şey yoxdur”.
Maliyyəçi ekspert Zaur Əhmədov “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiya hökuməti tərəfindən sözügedən məhsulların dövlət sifarişləri klassifikasiyasına salınaraq belə bir məhdudlaşdırıcı qərarı qəbul etməsi ölkəmizin qeyri-neft ixracında kifayət qədər payı olan yerli istixana kompleksləri üçün ciddi sıxıntılar yaradacaqdır.
Ekspertin sözlərinə görə, Rusiya həqiqətən də Avropanın sanksiyalarına qarşı tətbiq etdiyi kontr-sanksiyalarla yerli bazarda meyvə-tərəvəz məhsullarına olan tələbin ödənilməsində bir il aciz qalsa da, 2015-ci ildə bu bazar tələbini Türkiyə, Azərbaycan, Belarus, Türkmənistan, Özbəkistan və s. yaxın ölkələrin məhsulları ilə qarşılaya bildi.
Z.Əhmədov qeyd etdi ki, 2016-cı ildə tələbin 41%-ni yerli Rusiya istehsalçıları qarşıladı və istixana komplekslərinə marağı gücləndirdilər: “Eyni zamanda, hökumət də potensialı dəyərləndirdi, idxalı əvəzetmə siyasəti yürüdərək, bu istiqamətdə güzəştli şərtlərlə sahibkarlığın dəstəklənməsini təmin etdi. Bundan sonrakı himayədarlıq siyasəti isə, göründüyü kimi, milli istehsalçıların maraqlarının qorunması naminə idxala məhdudiyyətlər şəklində planlaşdırılmışdır. Yerli sahibkarlar bu sahəyə qoyulmuş investisiyaları kreditlər hesabına həyata keçirdiyi üçün hökumət indiki məqamda idxala məhdudiyyət qoymazsa və yaxud digər bir formada yerli istehsalçıları himayə etməzsə, kreditlərin qaytarılması sual altına düşə bilər”.
Zaur Əhmədov bildirir ki, 2018-ci ildə ölkəmizdən Rusiyaya ixrac olunmuş pomidor məhsulu Rusiyanın ümumi pomidor idxalının 30 faizini təşkil edib: “Yəni, ölkəmiz Rusiyaya pomidor ixracında liderdir. Ümumilikdə ötən il ərzində xaricə 151 min ton pomidor ixrac etmişik ki, onun da 99% Rusiya bazarlarına göndərilib. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında da pomidor 142,3 milyon ABŞ dolları həcmində ixracla liderliyini qoruyur. Ümumilikdə indiyədək 500 milyon dollarlıq kənd təsərrüfatı ixracımızdakı pomidorun faizinin yüksək olduğunu nəzərə alsaq, Rusiya hökumətinin bu qərarının ölkəmizin qeyri-neft ixracına mənfi təsiri olacaq”.
Ekspert vurğulayıb ki, hazırda istixanalarda istehsal olunan məhsullarımızın alternativ bazarlarının yox dərəcəsində olması problemin ən pis tərəfidir: “Təcili yeni bazarlar axtarışına güc sərf etməliyik ki, ölkəmizin qeyri - neft ixracının bu seqmentini müdafiə edə bilək. Sahənin ixrac imkanlarının məhdudlaşması minlərlə iş yerinin bağlanmasına, aqrar təsərrüfatlarımızın ödəniş qabiliyyətinin pozulmasına, ölkənin külli miqdarda valyuta gəlirlərindən məhrum olmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, Azərbaycan 2019-cu ildə 189,3 mln. ABŞ dolları dəyərində 174,5 min ton tomat ixrac edib. Təkcə cari ilin ilk ayında ölkə 24,7 mln. dollar dəyərində 19,1 min ton tomat ixrac edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-04-2020, 09:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-04-2020, 09:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16