Maşın bazarında durğunluq - Alıcılar daha da ehtiyatlı olacaq
Koronavirusun yaratdığı durum avtomobil bazarına də təsirsiz ötüşməyib.
Cebhe.info-ya bu barədə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, avtomobil bazarında yalnız onlayn təkliflər mövcuddur:
“Karantin rejimində avtomobil satışını həyata keçirən salonların faəliyyəti dayandırılıb. Məlumdur ki, insanların şəhərə çıxışı, satışa çıxarılan avtomobillə tanış olması mümkünsüzdür. Buna görə də yalnız onlayn təkliflər var. Etibarnamə ilə elektron qaydada satışı rahat formada həyata keçirmək mümkündür. Bunun üçün hansısa notariat kontoruna getməyə ehtiyac yoxdur. Amma alıcıların bundan nə dərəcədə yararlanması məsələnin digər tərəfidir. Hazırda karantin şəraitində insanlar daha çox ünsiyyətləri minimuma endirməyə çalışırlar”.
Ekspert bildirib ki, adətən alıcılar avtomobil alan zaman onu usta yanına aparırlar, digərlərilə müqayisəli formada dəyərləndirirlər:
“Maşın bazarları da bağlıdır. Bu cür məkanlar insanların daha çox ünsiyyətdə olduğu məkanlar sırasındadır. Bütün bunlara görə, hazırda avtomobil qiymətləri aşağı düşüb. Xüsusi karantin rejimi bitdikdən sonra isə canlanmanın yaranacağı gözlənilir. Amma bunun da qısa müddətdə qiymət artımı ilə müşahidə olunacağı gözlənilmir. Çünki karantin rejimində insanlar gəlirlərindən olub. Düşünürəm ki, alıcılar karantindən sonra seçimlərinə daha ehtiyatlı yaranacaq. Ola bilsin ki, 2020-ci ilin ikinci yarısından etibarən arzulanan canlanma mümkün olsun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2020, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-04-2020, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39