reklam
Regionxeberlericom.az » İqtisadiyyat » İpoteka kreditlərində güzəştlər olacaq – Risk dərəcələri azaldılır

reklam

İpoteka kreditlərində güzəştlər olacaq – Risk dərəcələri azaldılır


İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinə restrukturizasiya imkanları yaradılacaq.

İnterpress.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərarında bildirilir.

Bu tədbir nəticəsində 1.1 milyard manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın borc alanın faydalanması imkanı yaranacaq.

Kreditlər borc alanların müraciəti əsasında restrukturizasiya olunacaq.

2020-ci ilin bir mart tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib.


Paylaş:


Müəllif : Tarix:
25-04-2020, 12:46
Sikayət   


loading...
Загрузка...