reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycanda məşhur şirkət vergi borcunu ödəmədi - əmlakları hərraca çıxarılacaq

reklam

Azərbaycanda məşhur şirkət vergi borcunu ödəmədi - əmlakları hərraca çıxarılacaq


“Qradus 40” MMC-nin dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 46820 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3003 manat borcu var. Şirkət borcunu ödəmədiyi üçün əmlakları hərraca çıxarılacaq.

Musavat.com xəbər verir ki, MMC-ni 4 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə verib. İddiaçı tərəf borcun ödənilməsinin təmin edilməsi məqsədilə MMC-nin siyahıya alınmış əmlakının hərracda satılmasını istəyir.

Məhkəmə Vergilər İdarəsinin iddiasını təmin edib. Məhkəmə qətnamə çıxarıb ki, “Qradus 40” MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsi üçün 4 saylı Ərazi Vergilər İdarəsinin siyahıya aldığı əmlaklar hərraca çıxarılmalıdır.

Xatırladaq ki, “Qradus 40” MMC Azərbaycanda spirtli içki istehsal edən tanınmış şirkətlərdən biridir.

Qeyd edək ki, vergilər nazirliyi şirkətdə apardığı yoxlamalar zamanı vergidən yayınma və aksiz markalarından qanunsuz istifadə edilməsi hallarını aşkar etmişdi.

Vergilər nazirliyinin rəsmi məlumatına görə Ağsu rayonu ərazisində fəaliyyət göstərən "Qradus 40" MMC-nin istehsalat sahəsində 136 min 624 ədəd topdansatış obyektlərində və anbarlarda isə minlərlə sənədsiz müxtəlif alkoqollu içkilər aşkar edilib, bəzi məhsulların üzərindəki aksiz markalarının saxta olduğu ekspertiza yolu ilə təsdiqlənib.


Paylaş:


Müəllif : Tarix:
6-05-2020, 13:43
Sikayət   


loading...
Загрузка...