“İstisna deyil ki, kapitalı mənfi olan banklar yenə mövcuddur”
“Əgər fəaliyyəti dayandırılmış dörd bankın 2019-cu il kapitalları ilə bağlı açıqladığı məlumatlar şişirdilibsə, istisna deyil ki, kapitalı mənfi olan banklar yenə mövcuddur”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə paylaşıb. Mərkəzi Bankla fəaliyyəti dayandırılan bankların açıqlamalarının üst-üstə düşmədiyini vurğulayan ekspert tədbirin vaxtında görülməli olduğunu bildirib:
“Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuata açıqlamasında bildirib ki, fəaliyyəti dayandırılan 4 bankın hamısının kapitalı mənfi imiş. Onun sözlərinə görə, “AGBank” kapitalı mənfi 145 milyon manat, “NBC Bank”ın kapitalı mənfi 23 milyon manat, “AtaBank”ın kapitalı mənfi 214 milyon manat, “Amrahbank”ın kapitalı mənfi 77 milyon manatdır. Deməli, bu bankların xilası üçün ümumilikdə 660 milyon manat tələb olunur.
İndi bankların açıqlamalarına gələk. 2019-cu ilin sonuna “Atabank” istisna olmaqla digər üç bank kapitalları barədə məlumatları açıqlayıblar. Ötən ilin sonuna “NBC Bank” 58,3 milyon manat, “AGBank” 48,9 milyon manat, “Amrahbank” 11,5 milyon manat məbləğində kapitala malik olub. Hətta “AGBank” 2020-ci ilin martın sonuna kapitalın həcmini 49,2 milyon manat göstərib. İndi məlum olur ki, cəmisi bir neçə aya bankların hamısında kapital mənfiyə düşüb. Ortaya bir sual çıxır. Mərkəzi Bank rəhbərinin dediyi kimi, banklar kapitalını itirərək zərərə düşübsə, bankların açıqladıqları məlumatlar niyə fərqli mənzərəni göstərir?
Belə çıxır ki, bankların açıqladıqları məlumatlar reallıqdan tamam uzaqdır. Əgər belədirsə, deməli onlar tənzimləyici quruma səhv məlumatlar veriblər. Əgər açıqlanan məlumatlar şişirdilibsə, istisna deyil ki, digər banklarda da analoji vəziyyətdir və kapitalı mənfi olan banklar yenə mövcuddur”.
Samir Əliyev
S. Əliyev prosesdə tənzimləyici qurumun məsuliyyətsiz davrandığını qeyd edib:
“Bankların fəaliyyətinə nəzarəti 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirib. Yalnız ötən ilin sonu nəzarət səlahiyyəti Mərkəzi Banka qaytarılıb. Belə olan halda niyə bu vaxta qədər bu dörd bankla bağlı zəruri addım görülməyib? Niyə imkan verilib ki, onların kapitalı nəinki 50 milyon manatlıq normativi pozsun, hətta mənfiyə düşsün. Bağlanan banklarda sığortalı əmanətlər qaytarılacaq. Bəs qorunmayan əmanətlərin taleyi necə olacaq? Sahibkarların alın təri ilə topladıqları və banklara etibar etdikləri vəsaitlərin taleyi necə olacaq? Sahibkarın, əmanətçinin nə günahı var ki, dövlət bu banklara düzgün nəzarət etməyib, bu azmış kimi onları bankları düzgün seçməməkdə qınayır. Artıq Palata yoxdur, Mərkəzi Bank isə səlahiyyəti yenicə əldə edib. Bəs günahkar kimdir? Niyə vaxtında tədbir görülmədi? Axı tənzimləyici qurumun işi preventiv tədbirlər göstərməkdir, post-faktum addım atmaq deyil”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-05-2020, 08:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-05-2020, 08:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35