Pandemiyaya görə zərər çəkən sahibkarlara ödənilən məbləğ açıqlandı
Pandemiya nəticəsində zərər çəkmiş sahibkarlara 96 milyon 106 min manat maliyyə dəstəyi göstərilib.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən bugünkü tarixə qədər 21 tranş çərçivəsində 96 milyon 106 min manat ayrılaraq, maliyyələşməsi həyata keçirilib.
Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 21 min 817 vergi ödəyicisinə 43 milyon 585 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 87 min 300 fərdi (mikro) sahibkara 52 milyon 515 min manat olmaqla, ümumilikdə 109 min 117 vergi ödəyicisinə 96 milyon 106 min manat vəsaiti onların bank hesablarına köçürüb.
Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında Xəzinədarlıq orqanları tərəfindən maliyyələşmə davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-05-2020, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-05-2020, 16:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35