İki məşhur sığorta şirkəti bazardan çıxır - ADLAR
İki gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "AtaSığorta" və "Atəşgah" sığorta şirkətinin avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırıb.
MBNP-nın bununla bağlı yaydığı məlumatda bildirilir ki, “AtaSığorta” və “Atəşgah” sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Mülki Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” Qanuna və “İcbari sığortalar haqqında” Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilməyib.
Buna görə də, Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin aprelin 12-də verilmiş qərarla “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
"AtaSığorta" şirkətinin rəsmisi bu məhdudlaşdırmanı İcbari Sığorta Bürosunun informasiya sistemində sığortalılar barədə yerləşdirilən məlumatların obyektiv və subyektiv səbəblərdən müəyyən agentliklər tərəfindən səhv daxil edilməsi və müəyyən məlumatların çatışmazlığı ilə izah edib. Şirkət rəsmisi deyib ki, MBNP bu çatışmazlıqları aradan qaldırana qədər "AtaSığorta"nın avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırıb. O da bildirilib ki, indiyədək "AtaSığorta"da avtomobillərini icbari sığorta etdirənlər heç bir əngəl olmadan sığorta hadisəsi zamanı ödənişlərini əvvəlki qaydada ala biləcəklər.
"Atəşgah Sığorta" şirkətinin rəsmisi də tətbiq edilən məhdudlaşmanın səbəblərinə aydınlıq gətirib. Bildirilib ki, müəyyən dövr ərzində İcbari Sığorta Bürosunun sisteminə məlumatların daxil edilməsi zamanı müəyyən pozuntulara yol verilib. Səhvlər 3-4 epizod üzrə olmasına baxmayaraq, işin həcmi böyük olduğundan müəyyən araşdırma tələb edirdi. Buna görə də İcbari Sığorta Bürosunun sisteminə daxil edilən müəyyən pozuntular barədə MBNP-na cavab yubanıb. Şirkət nümayəndəsi tətbiq edilən məhdudiyyətin əvvəlki sığorta qərarlarına aidiyyətinin olmadığını deyib. Məhdudlaşma səbəbindən bu hal üzrə yeni müştəri qəbul edilmir. Digər növlər üzrə isə fəaliyyət göstərilir.
Qeyd edək ki, sığorta sahəsində yaranmış kifayət qədər problemlər fonunda məhdudlaşdırmanın baş verməsi gözlənilən idi. Bu sahədə mütəmadi yaranmış nöqsanlar sığorta olunanların bu sistemə olan inamını itirdi. Azərbaycanın sığorta bazarı inkişaf etmiş, eləcə də qonşu dövlətlərlə müqayisədə zəif inkişaf edib.
İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, sığorta şirkətlərinə MBNP tərəfindən qoyulmuş məhdudlaşdırma qərarı müsbət effektivlik verəcək:
“Sığorta iqtisadi münasibətlərin ayrılmaz hissəsidir. Sığorta anlayışı olmadan bu gün müasir dövrdə bazar münasibətləri qurmaq mümkün deyil. Sığorta şirkətləri və müştərilər arasında elə şəffaf münasibətlər qurulmalıdır ki, ümumiyyətlə, problemlər gündəmdə olmasın. Azərbaycanda sığorta anlamının özü məcburiyyət və icbari xarakter daşıyır. Heç kim könüllü nəyisə sığorta etdirməkdə maraqlı deyil. Çünki maariflənmə səviyyəsi çox aşağıdır. İnsanlarımız həyatın ayrılmaz hissəsi olan sığorta sistemindən kənar düşüb”.
İqtisadçı hazırda Azərbaycanda sığorta sistemində müasir dövrün tələblərinə cavab verən qanunların və sərəncamların olduğunu da diqqətə çatdırıb:
“Amma bu qanunlar sığorta sisteminin sektor kimi inkişafına dəstək vermir. Elə ki, sığorta hadisəsi baş verir, vətəndaş bilmir hadisənin qeydinə qalsın, yoxsa sığorta şirkəti ilə mübarizə aparsın. Dəfələrlə şahidi olmuşam ki, hadisə baş verəndən sonra sığorta şirkətləri istintaq aparırcasına lazımsız sorğu-sual edirlər. Halbuki bu belə olmamamalıdır. İstintaqı da, tədqiqatı da hüquq-mühafizə orqanları həyata keçirir.
Sığorta hadisəsinə hüquq-mühafizə orqanları daha humanist yanaşır, nəinki sığorta şirkətləri. Bu nöqteyi-nəzərdən MBNP-nın müvafiq məhdudlaşdırma qərarın alqışlayıram. Hesab edirəm ki, bir neçə sığorta şirkətinin fəaliyyətində məhdudlaşdırma olmalıdır ki, onlar vətəndaşlar qarşısında öz öhdəliklərini yerinə yetirsinlər. Düşünürəm ki, bu effektivlik qısa zamanda özünü büruzə verəcək.
Yəqin ki, digər şirkətlər dövlət nəzarəti orqanları tərəfindən bu cür sanksiyalarla üzləşməmək üçün öz fəaliyyətlərində nöqsanlara yol verməzlər. Bu dönüşün nəticəsində vətəndaşların şəffaf sığorta şirkətlərinə müraciəti bərqərar olacaq. İnsanlarımız dərk edəcəklər ki, sığorta müasir dövrün tələbidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-04-2019, 10:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-04-2019, 10:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29