reklam
Regionxeberlericom.az » İqtisadiyyat » “Çirkli pullar” ölkəyə qaytarılır? - “Xaricdə olan maliyyəyə həbs qoyulması faktdır”

reklam

“Çirkli pullar” ölkəyə qaytarılır? - “Xaricdə olan maliyyəyə həbs qoyulması faktdır”


Son zamanlar Milli Məclisin gündəmində olan əsas məsələlərdən biri maliyyə və əmlak amnistiyası ilə bağlıdır.

Bu məsələ iqtisadçı ekspertlər tərəfindən də dəfələrlə səsləndirilib və vacibliyi vurğulanıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2 iyunda keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli də deyib ki, maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsi çox vacibdir.

Cebhe.info-ya açıqlamasında millət vəkili Vahid Əhmədov da maliyyə və əmlak amnistiyasına ehtiyac olduğunu deyib və bunun səbəblərini izah edib:

“Bu məsələ həmişə gündəlikdə olub və biz onu gündəlikdən çıxarmamışıq. Xüsusilə Azərbaycan müstəqillik əldə etdikdən sonra müəyyən proseslər gedib, iqtisadi islahatlar həyata keçirilib. Bəzi insanlar kifayət qədər vəsait, əmlaklar əldə ediblər. Amma indi elə bir şərait yaranıb ki, xaricdə də bununla əlaqədar çox ciddi ittihamlar irəli sürülür. Müəyyən insanların maliyyə və əmlaklarına həbs qoyulur. Ona görə də biz maliyyə və əmlak amnistiyasının verilməsini istəyirik. İstəyirik ki, belə bir amnistiya həyata keçirilsin və insanlar xaricdə olan maliyyə imkanlarını, əmlaklarını Azərbaycana gətirsin, ondan istifadə etsinlər. Bunun əyri və ya düz yolla qazanılması isə başqa söhbətin mövzusudur. Bunu sübut etmək də asan deyil. Xaricdə olan maliyyələrə həbslərin qoyulması bir faktdır. Ona görə də hesab edirəm ki, belə bir amnistiyanın verilməsi vacibdir. Bu yaxınlarda Cənab Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edəndə də nazir bu məsələyə toxunaraq bildirdi ki, biz belə bir qanun layihəsinin üzərində işləyirik”.

Deputatın fikrincə, qanunu elə bir ciddi şəklə salmaq lazımdır ki, gətirilən vəsait başqa istiqamətə yox, yalnız investisiya istiqamətində istifadə olunsun:

“Yəni gətirilən maliyyə qaçaqmalçılığa, narkotikaya, terrorizmə və digər belə işlərə sərf oluna bilməz, yalnız investisiya qoyuluşunda istifadə oluna bilər. Aldığım məlumata görə, bunun üzərində müəyyən işlər gedir və yəqin ki, qəbulu üçün də müəyyən vaxt lazımdır”.


Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 16:05
Sikayət   


loading...
Загрузка...