İqdırdan Naxçıvana qaz kəməri - Azərbaycan İran qazından asılı qalmaq istəmir
Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qaz xəttinin çəkilməsi istiqamətində işlərə başlanıb. İki gün əvvəl Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkəti İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib.
BOTAŞ-ın məlumatına görə, tender təklifləri iyun ayının 30-dək (Bakı vaxtı ilə saat 15:00-dək) qəbul ediləcək. Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir.
Xatırladaq ki, SOCAR-la BOTAŞ arasında Naxçıvana qaz xəttinin çəkilməsi ilə bağlı anlaşma memorandum 2010-cu ildə imzalanmışdı. Ötən müddət ərzində kəmərin tikintisinə başlanması mümkün olmayıb. Böyük ehtimalla, buna Türkiyənin özünün qaz təchizatında xaricdən asılı olması imkan verməyib. Belə ki, Türkiyə təbii qazı əsasən Rusiya və İrandan alır. Əsasən dünya bazar qiymətinə alınan qazın Naxçıvana çatdırılması xərcləri ilə birlikdə çox baha başa gələcəyi gözlənilən idi. Artıq Azərbaycan qazını Türkiyəyə nəql edən Cənubi Qafqaz Boru Kəməri genişləndirilib, nəql imkanları artırılıb. Bundan əlavə, Azərbaycanda “Şahdəniz-2" layihəsi çərçivəsində qaz hasilatı sürətlə artırılır.
Bu səbəbdən də 10 il əvvəl imzalanan anlaşmada nəzərdə tutulan məsələ bir də 2020-ci ildə gündəmə gətirilib. Belə ki, bu ilin fevralında Azərbaycana səfərə gələn Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan prezident İlham Əlyevlə İqdır-Naxçıvan qaz kəmərinin çəkilişi məsələsini də müzakirə etdiklərini açıqlamışdı. Bildirmişdi ki, bu istiqamətdə işləri sürətləndirmək qərara alınıb.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Bu əməliyyata 2006-cı ildən başlanıb. Belə ki, SOCAR Astaradan qazı İran ərazisinə ötürür, İran Culfasından isə Naxçıvana qaz verilir. Muxtar Respublikanın illik qaz istehlakı 260-300 milyon kubmetr ətrafındadır.
Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, indiyədək İran tərəfi Naxçıvanın qaz təchizatında hansısa axsamaya yol verməyib: “Lakin İranın bu əməliyyat üçün müəyyənləşdirdiyi haqq çox yüksəkdir. Astaradan ötürülən hər min kubmetr qaza görə Naxçıvana 15 faiz az qaz verilir. Halbuki dünyada belə əməliyyatlar üzrə faiz dərəcəsi 5-dən yüksək deyil. Azərbaycan bir neçə dəfə tranzit şərtlərinin yumşaldılması ilə bağlı müraciətlər etsə də rəsmi Tehran razılaşmayıb. Bu baxımdan hesab edirəm rəsmi Bakının atdığı addım Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsi yönümündə ciddi addımdır və Tehrana ondan daim asılı olmamaq yönümündə bir mesajdır”.
Onu da qeyd edək ki, Azərbaycan İranla iqtisadi əməkdaşlığı genişləndirməyə davam etsə də, bu ölkədən hansısa məhsul üzrə asılılıqda qalmaq da istəmir. Bunun ən birinci səbəbi İranın Ermənistanla iqtisadi əməkdaşlığı getdikcə gücləndirməsi, düşmən ölkəyə münasibətdə daha güzəştcil mövqedə olmasıdır. Belə ki, İran Ermənistanın İrəvan İstilik Elektrik Stansiyasına qazı ciddi güzəştlə verir. Stansiyaya verilən hər kubmetr qazdan 4 kvtsaat elektrik enerjisi istehsal olunur ki, bunun 3 kvtsaatı İrana ötürülür, 1-i isə Ermənistanın enerji şəbəkəsinə. İldə 400 milyon kubmetrə yaxın İran qazı Ermənistana nəql olunur. 2018-ci ildə ermənilərə verilən qazın min kubmetri 165 dollar təşkil edib. Ermənilər ölkənin qazla təchizatının mühüm bir hissəsini İrandan almaq niyyətindədirlər. Məsələ dəfələrlə İranla Ermənistan rəhbərliyi arasında müzakirə olunub.
Ermənilərə qucaq açan İranın Naxçıvana ötürülən qazın tranzit haqqında uzun illərdir heç bir güzəştə getməməsi Azərbaycanın öz bölgəsinin alternativ mənbədən qazla təmin etməyə çalışmasının ən ciddi izahıdır.
Maraqlıdır ki, Türkiyənin özü də İrandan qaz asılılığını azaltmaqdadır. Bu ilin martında Türkiyənin satın aldığı qazın 23,45 faizi Azərbaycanın payına düşüb. 2020-ci il martın 31-də İran-Türkiyə qaz boru xəttində baş verən partlayışdan sonra kəmər hələ də işə salınmayıb. “Fars News” bildirib ki, Türkiyə qəsdən borunun təmirini yubadır ki, İrandan qaz almasın. 1996-cı ildə imzalanmış 25 illik müqaviləyə əsasən Türkiyə bu ölkədən ildə 10 milyard kubmetr civarında qaz almalıdır. Boru kəmərinin partlaması İranı ayda 200 milyon dollar gəlirdən məhrum edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-06-2020, 09:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-06-2020, 09:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07