Qızıl alışına keçməsək, payızda zərər görə bilərik - Valyuta bazarında tələb artmaqdadır
"Birinci rübdə strateji ehtiyatlarımız bir qədər azalsa da, ikinci rübdən bərpa prosesi sürətləndi. Hazırda bizim strateji valyuta ehtiyatlarımız demək olar ki, ilin əvvəlinə olan səviyyədədir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu iyulun 15-də Nazirlər Kabinetinin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O bildirib ki, ilin ilk 5 ayında 2,9 faizlik inflyasiya səviyyəsi var: "Aparılan sorğular göstərir ki, həm əhalinin, həm də biznesin inflyasiya göstəriciləri sabitləşib, aşağı düşüb. 2020-ci ilin sonunda bizim inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir ki, bu da bizim və hökumətin proqnozlarından aşağıdır".
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında strateji valyuta ehtiyatları, inflyasiya ilə mübarizə məsələlərindən danışıb.
Ekspert deyib ki, bu ilin birinci rübündə ölkəmizin strateji valyuta ehtiyatlarının azalması iki istiqamətdə gedirdi: "Birincisi, tələbatın artmasına görə mart ayında kəskin şəkildə dollar satışı artdı, Neft Fondu tərəfindən büdcəyə transfertlər artdı. İkinci istiqamət isə birinci rübün sonuna yaxın dünya səhm bazarında formalaşan proseslər fonunda səhmlərin qiymətdən düşməsi Azərbaycanın ehtiyatlarına da mənfi təsir göstərmişdi. Strateji valyuta ehtiyatlarımızın xeyli hissəsi səhmlərdədir. Bu ilin ikinci rübündə isə dünya səhm bazarında bir qədər tarazlıq var, yəni səhmlərin qiymətində artım müşahidə edilir".
"Digər tərəfdən, işgüzar fəallığın, daxili istehlakın azalması, ölkədən çıxışın kəskin şəkildə məhdudlaşdırılması, eyni zamanda valyuta alışına qoyulan məhdudiyyətlər valyutaya olan daxili tələbatı azaltdı. Amma son günlər iqtisadiyyatda açılım baş verdikcə valyutaya tələb artmaqdadır. Ona görə də son valyuta ehtiyatlarının artımı müvəqqəti bir amil kimi dəyərləndirilməlidir", – deyə o qeyd edib.
Onun sözlərinə görə, digər tərəfdən, səhm qiymətlərinin artımı spekulyativ artımdır: "Payıza yaxın səhm bazarında kəskin qiymət enməsi gözlənilir. Ona görə də təklif edirəm, Azərbaycan strateji valyuta ehtiyatlarını mümkün dərəcədə qızılda saxlasın. Çünki səhmlərin qiymətləri ilə bağlı gözləntilər ürəkaçan deyil".
İnflyasiya ilə mübarizədən danışan ekspert deyib ki, Mərkəzi Bankın siyasətinin daha da şaxələndirilmiş olmasının tərəfdarıdır: "Pul kütləsinin sıxılması ilə inflyasiya ilə mübarizə aparmaq bu gün adekvat yanaşma kimi qəbul edilə bilməz. Mütləq şəkildə inflyasiya ilə mübarizə eyni zamanda istehsalın artımı ilə, pul kütləsinin artımı ilə müşahidə olunmalıdır.
Pul kütləsinin azalması ilə inflyasiya aşağı düşəndə sonra ölkə iqtisadiyyatında problemlər yaranır. Çünki investisiyalar azalır, işgüzar fəallıq azalır. Yəni inflyasiya ilə mübarizədə pul kütləsinin kəskin sıxılması primitiv yanaşmadır və uzun müddətli effekt verə bilməz".
Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 49 659,6 milyon ABŞ dolları təşkil edib. Bunun 87%-i və yaxud 43 223,3 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 436,3 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 916,3 milyon ABŞ dolları və yaxud 4% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 873,8 milyon ABŞ dolları və yaxud 4,5%, AMB-nin valyuta ehtiyatlarında isə 42,5 milyon ABŞ dolları və yaxud 0,7% artım olub. Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 256,5 milyon ABŞ dolları və yaxud 2,6% artıb.
Onu da bildirək ki, E.Rüstəmov iclasda qeyd edib ki, xarici şok şəraitində bizim valyuta bazarımız əhəmiyyətli spekulyativ hücuma məruz qaldı: "Lakin vaxtında görülən tədbirlər nəticəsində valyuta bazarı tarazlaşıb. Bu gün bunun hər iki seqmenti – həm nağd, həm də qeyri-nağd hissəsi tam sabit və tarazlı səviyyədə fəaliyyət göstərir".
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2020, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2020, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09