300 milyardlıq bazarda müəmmalı bahalaşma: - “Qara pul”un qızılla nə bağlılığı var?
Xəbər verildiyi kimi, “Bitcoin”in qiyməti 11 min dolları ötüb. 28 iyul saat 02:14 üçün “Bitcoin”in qiyməti 11 234 dollara çatıb.
Bildirilir ki, “Bitcoin”in qiyməti 2019-cu ilin avqust ayından sonra ilk dəfə 11 min dollar səviyyəsini keçib.
“Bitcoin”in qiymətinin artım səbəbi nədir?
İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe. Info-ya açıqlamasında “Bitcoin”in qiymətinin artım səbəblərindən danışıb.
“Tələb və təklif əsasında bazarda qiymətlər formalaşır. Tələb və təklifi də formalaşdıran konyuktur var. Pandemiya dövründə bu istiqamətdə meyilliliyin artmasında əsas səbəblərdən biri ondan ibarətdir ki, bir çox istiqamətlərdə investisiya qoyuluşlarına maraq azalıb. Bu riskləri nəzərə alan investorlar öz vəsaitlərini geri çəkiblər. Bu vəsaitlərin bir qismini məhz “Bitcoin”lərdə yerləşdirməyə üstünlük verirlər. Digər tərəfdən isə hərəkətin məhdudlaşması və digər səbəblərdən indiki halda “Bitcoin”lər üzərindən hesablaşmaların həyata keçirilməsi daha cəlbedici görünür. Eyni zamanda, hərəkətin məhdudlaşması “qara pul” axınının özünün də müəyyən qədər məhdudlaşmasına gətirib çıxarıb. Çünki illeqal vəsaitlərin axın vasitələrindən biri də fiziki şəkildə vəsaitlərin daşınmasıdır. Vəsaitlər fiziki şəkildə daşına bilmirsə, tərəflər alternativ yollar üzərində düşünürlər. Hazırda “Bitcoin” pul axınlarına nəzarətin mümkün olmadığı, əlavə xərc yükü formalaşdırmayan və ani vaxt rejimində əməliyyatın həyata keçirilməsi baxımından illeqal bazarda cəlbedici tədiyyə vasitəsi hesab olunur. Bu baxımdan da indiki halda qeyd etdiyimiz səbəblər də müəyyən tələb formalaşdırır. Bu tələbin özü fonunda “Bitcoin” müəyyən qədər bahalaşmağa başlayır. Amma nəzərə almaq lazımdır ki, ümumiyyətlə bu bazar çox da böyük deyil. Söhbət 250- 300 milyardlıq bir bazardan gedir. Ona görə də bu bazarda valentlilik yüksəkdir. Çünki hər hansı bir kiçik faktor bu bazarda təsir effekti yaradır. Beləliklə həmin bazarda biotcoinin bahalaşmasına və ya ucuzlaşmasına gətirib çıxarır”.
Ekspert hesab edir ki, “Bitcoin”in qiymətinin artmasının bir səbəbi də qızılla əlaqəlidir: “Digər bir məsələ “Bitcoin”lə qızıl arasında izahı mümkün olmayan müsbət korrekyasiyadır. Yəni adətən qızılın qiyməti artanda “Bitcoin”in də qiyməti artır. Bu, hələ sübut olunmasa da, investorların düşüncəsində “Bitcoin” qızıl ölçüsü ilə qiymətləndirilən bir vasitədir. Bu baxımdan da qızılın dəyərinin artması halında investorların “Bitcoin”ə verdiyi dəyər də yüksəlir. Hazırda bu kimi faktorlar qiyməti formalaşdıran amillərdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-07-2020, 10:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-07-2020, 10:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24