Rusiyada işsizliyin pik həddi proqnozlaşdırılıb
Rusiyada işsizlik 2020-ci ilin avqust-sentyabr aylarında pik həddə olacaq.
TASS agentliyi xəbər verir ki, Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov bu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, ölkədə işsizlərin sayının artım tempi artıq azalıb. İyunda bu göstərici 0,1 faiz artaraq 6,2 faizə yüksəlib. Müqayisə üçün demək olar ki, aprel ayında artım tempi 1,1 faiz, may ayında isə 0.3 faiz olub.
Bununla belə, o, qeyd edib ki, Rusiyada əmək bazarındakı vəziyyət yalnız dördüncü rübdə, məşğulluq səbəbindən işsizlərin sayının düşəcəyi zaman sabitləşməyə başlayacaq.
Kotyakov əlavə edib ki, hazırda Rusiyada işləyən vətəndaşların 9 faizi və ya təxminən 4,6 milyon insan təcrid şəraitində işləyir.
Rusiyanın Əmək Nazirliyi pandemiya sona çatdıqdan sonra da ölkədə məsafəli işləməyə tələbatın qalacağının gözlənildiyini deyib. /Oxu.az
Paylaş:
Müəllif : Fuad
Tarix:1-08-2020, 08:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-08-2020, 08:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39