Azərbaycan manatını gözləyən TƏZYİQ: - “İdxalın həcmi və dollara tələbat xeyli artacaq”
“Düzgün siyasət yürüdülərsə, manatın məzənnəsini sabit saxlamaq mümkün olacaq”.
Bu fikirləri 2021-ci il üzrə manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1,7 səviyyəsində götürülməsinə münasibət bildirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Elşad Məmmədov qeyd edib ki, bu, iqtisadi cəhətdən əsaslandırılmış qərardır. Əgər iqtisadi idarəetmədə düzgün siyasət aparılarsa, ölkənin valyuta bazarında sabitlik qorunub saxlanacaq:
“Ölkənin çox iri suveren qızıl valyuta aktivləri var və neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, idxal ixracı xeyli dərəcədə üstələyib. Ona görə də Mərkəzi Bank və maliyyə bazarına nəzarət edən digər qurumlar adekvat siyasət yürüdərlərsə, valyuta bazarında ciddi problem olmayacaq.
Mühüm məqamlardan biri odur ki, valyutanın məzənnəsi sabit olmalıdır. Əgər 2015-ci ildəki kimi ölkədən kapital çıxışının qarşısının alınmasında boşluqlar və bank sektorunda problemlər olarsa, valyuta məzənnəsinin sabitliyinə çox ciddi təzyiqlər yaranacaq.
Ümumilikdə karantin rejiminin yumşaldılması fonunda idxalın həcmi və dollara tələbat ciddi surətdə artacaq. Bununla yanaşı, neftin yenidən bahalaşacağı gözlənilmir və ona görə də ölkəyə valyuta daxilolmalarında ciddi artım olmayacaq.
Yaxın aylarda qeyri-neft sektorunda da ciddi artım gözlənilən deyil. Bu baxımdan, valyuta bazarına müəyyən təsirlərin olacağı istisna deyil. Lakin aidiyyatı qurumlar düzgün siyasət yürüdərlərsə, Azərbaycan manatının məzənnəsini sabit saxlamaq mümkün olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-09-2020, 16:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-09-2020, 16:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39