Azərbaycanda “ikinci dalğa” qorxusu: - Qapanma iqtisadiyyatı çökdürər
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil etdiyi mətbuat konfransında gündəmi qiymətləndirib və jurnalistlərin suallarını cavablandırıb.
Tramp, yeni növ koronavirus epidemiyası ilə əlaqədar ölkədəki iqtisadi fəaliyyətləri bir daha dayandırmayacaqlarını bildirib. O, epidemiyanın ardından 10,6 milyon məşğulluq təmin etdiklərini vurğulayıb.
"Ölkə tarixindəki ən böyük iqtisadi yaxşılaşma yaşayırıq", - deyə Tramp bildirib. Demokratların namizədi Co Baydeni ittiham edən Tramp "Baydenin strategiyasını izləsəydik, iqtisadiyyatının ən yaxşı günlərini yaşayan ölkəmizi tamamilə bağlamağımız lazım idi. Biz bu ölkədə artıq bir daha çox iqtisadi fəaliyyəti dayandırmayacağıq”- deyib. Məlumdur ki, Azərbaycanda da koronavirusun ikinci dalğasının başlanacağı haqqında xəbərlər yayılır. Amma demək olar ki, əhalinin virusdan daha çox yenicə açılan istehsal, ictimai iaşə məkanlarının qapadılması qorxudur.
Məlumdur ki, son 7 ayda karantin tədbirləri ölkə iqtisadiyyatına ciddi zərbələr vurdu. Bunun əziyyətini dövlətlə yanaşı əhali – xüsusilə də qeyri-leqal sahələrdə çalışanlar yaşadı.
Belə olduğu təqdirdə, ABŞ modelinin tətbiqi – yəni növbəti dalğanın olub-olmamasından asılı olmayaraq, iqtisadiyyatın bir daha qapanmamsı Azərbaycan üçün də məqsədəuyğun sayılırmı?
İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ-da iki aydan sonra prezident seçkiləri keçiriləcək, ona görə də növbəti qapanma Trampın səslərinin kifayət qədər aşağı düşməsinə səbəb ola bilər: “Donald Tramp da bütün çıxışlarında bunu təşviq etməyə çalışır. Avropada da müxtəlif fikirlər var. Müxtəlif ölkələr müxtəlif cür tədbirlər görür. Bunun ümumilikdə hamıya tətbiq ediləcək bir qaydası yoxdur. Qış aylarından, yazın əvvəllərindən fərqli olaraq artıq bəşəriyyət bu virusu tanıyıb, mübarizə yollarını öyrəndilər. Dünya üzrə ölüm hallarının xeyli azaldığını görürük. Dünya üzrə səhiyyə sistemi də virusla mübarizə apamağı bacarır”.
İqtisadçı deyir ki, iqtisadi qapanmanın ciddi təsirləri müşahidə olunmadı: “Qapanmanın ciddi təsirinin olması dünyada müzakirə mövzusudur. İlk aylarda “evdə qal” çağırışları ilə dünya səhiyyə sistemləri buna uyğunlaşmalı idi, avadanlıqlar alınmalı idi. Karantin bunun üçün lazım idi. Ortada İsveç modeli var. Bu ölkədə ümumiyyətlə heç bir karantin tədbirləri görülmədi, xəstəliyin artım tempində qapanan ölkələrdən fərq olmadı. Ölüm sayı bir qədər yüksək oldu ki, buna da virusun qocalar evində yayılması səbəb oldu, analoji hal Böyük Britaniya və Fransada da eyni nəticələrə səbəb oldu. Azərbaycanda da müəyyən tədbirlər görüldü, modul tipli xəstəxanalar tikildi, həkimlərimiz virusla mücadiləni öyrəndilər, ev şəraitində simptomsuz xəstələrin müalicəsi təşkil olundu, xəstəxanaların yükü azadıldı. Düşünürəm ki,əvvəlcədən də belə olmalı idi, təəssüf ki, bütün test nəticələri pozitiv çıxanların hamısını xəstəxanaya yerləşdirirdilər ki, bu da o qədər də doğru yanaşma deyildi. Xəstəxanalarda çarpayı sayı da artırılıb, əlavə çarpayılar, dərmanlar alındı. Bu baxımdan, hesab edirəm ki, yenidən hansısa qapanmaya getməyə lüzum yoxdur”.
Natiq Cəfərli iqtisadiyyatın qapanmasının daha ağır nəticələr verdiyini deyir: “Azərbaycanda işsizliklə, əhalinin gəlirləri ilə bağlı problemlər yaşanır, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. İqtisadi qapanma daha böyük fəsadlara – sosial, iqtisadi, psixoloji problemlərə gətirib çıxara bilər. Ona görə də müəyyən gigiyenik qaydalara əməl etmək şərtdir. Bu, çox güman ki, yaxın illərdə bizim həyat tərzimizə çevriləcək. Ümid edirəm ki, Azərbaycanda növbəti qapanmalar olmayacaq. Maska, fiziki məsafə və s. tələblərə əməl etməklə ölkəmiz ikinci dalğanı daha az itki ilə keçirə bilər. Payız aylarında yoluxma sayında kəskin artım olsa belə iqtisadiyyatın qapanması arzuolunan hal deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-09-2020, 10:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-09-2020, 10:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36