Qarabağ müharibəsi nefti bahalaşdıracaq? - “BTC təhdid altına düşərsə...”
Ermənistanın Tovuz istiqamətində təxribatlara başlaması həm də Azərbaycanın enerji kəmərlərinə təhlükə hesab olunurdu.
Sentyabrın 27-dən Ermənistanın hərbi təxribatları yenidən başlanıb. Artıq bütün cəbhəboyu hərbi əməliyyatlar davam edir. Ermənistan silahlı qüvvələri dinc yaşayış məntəqlərini atəşə tutub.
Hətta cəbhədən aralıda yerləşən Şəmkir rayonu raket atəşinə tutulub.
Müharibə geniş miqyas alarsa, bu dünya bazarlarında neftin qiymətinə təsir edə bilərmi?
Qeyd edək ki, son məlumatlara görə, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
Bu azalma heç də kiçik deyil. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,75 ABŞ dolları və ya 4,28% azalaraq 39,17 dollar təşkil edib.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan tərəfindən atəşkəs rejimi pozulduqdan sonra xarici kütləvi informasiya vasitələrində kifayət qədər geniş, analitik yazılar dərc olunub:
“Əgər Azərbaycan-Ermənistan müharibəsi geniş miqyas alarsa, ölkəmizin ixrac gücləri təhdid altına düşə bilər. Doğrudur, hazırda hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində aparılır, başqa sözlə, Azərbaycan ordusu antiteror əməliyyatları aparır, amma əgər müharibə Qərb bölgəsinə - Azərbaycan-Ermənistan sərhədinə sirayət etsə, Azərbaycanın ixracına təhdid yaranar. Bu yaxınlarda Tovuz istiqamətində ermənilər böyük bir avantüraya yol verdilər. Həmin hadisədən sonra da xarici KİV-də bəyan edildi ki, müharibə geniş miqyas alarsa, bu, Azərbaycanın ixrac güclərini təhdid altına ala bilər. Bakı-Tiflis-Ceyhan, eyni zamanda Gürcüstanın Subsa limanına uzanan qərb kəmərimiz eyni dəhlizdən keçir. Buradan həm də Cənubi Qafqaz boru kəməri, həm Gürcüstanın daxili tələbatına yönələn Qazməmməd-Qardabani qaz kəməri keçir. Bura böyük bir enerji nəqliyyat dəhlizidir. Bakı-Tiflis-Ceyhan boru kəmərindən təkcə Azərbaycan nefti ixrac edilmir. Rusiyanın “Lukoil” şirkəti ondan istifadə edir, Xəzər dənizinin Rusiya sektorunda hasil edilən neft Səngəçal terminalına gətirilərək, məhz Azərbaycanın ixrac gücləri vasitəsilə dünya bazarına çıxarılır. Qazaxıstan nefti Dübəndi terminalı vasitəsilə, eyni zamanda Türkmənistan nefti Azərbaycan üzərindən dünya bazarına çıxarılır”.
Ekspert deyir ki, bu mənada Ermənistanın bölgədə hərbi-siyasi durumu gərginləşdirmək cəhdi bütövlükdə Xəzər regionunun enerji ehtiyatlarının dünya bazarına çıxarılmasını təhdid altına alır:
“Enerji geosiyasəti ilə məşğul olan mütəxəssislər də bu fikirdədirlər ki, müharibənin geniş miqyas alması dünya bazarında neftin qiymətinin dəyişməsinə səbəb ola bilər. İstənilən anda bazara tələbatdan artıq neft həcmlərinin çıxarılması neftin qiymətinin aşağı düşməsinə səbəb olur, aşağı həcmlər bazara çıxarılanda neftin qiyməti müəyyən diapozonda yüksəlir. Azərbaycan ixrac güclərinin funksional fəaliyyəti pozularsa, bu, bazarda neftin qiymətinin artmasına səbəb ola bilər. Amma mən inanmıram ki, Azərbaycan hökuməti, Xəzər regionunda neft, qaz yataqlarında bizimlə əməkdaşlıq edən şirkətlər buna imkan versin. Bu, birbaşa Ermənistanın məsuliyyət daşıması demək olar. Baxmayaraq ki, hazırda Goranboy-Naftalan istiqamətində də hərbi əməliyyatlar aparılır, əsas hərbi əməliyyatların aparıldığı ərazilər enerji dəhlizdən kifayət qədər məsafədə yerləşir”.
Son məlumatlara görə, Azərbaycan neftinin qiyməti 4,28 faiz azalıb. Bəzən analitiklər müasir dövrdə neft qiymətlərinin yalnız iqtisadi səbəblərdən müəyyənləşmədiyini-bunun siyasi məqsədlərlə edildiyini bildirir.
Hərbi əməliyyatların başlandığı indiki vaxtda Azərbaycan neftində ucuzlaşmanın arxasında siyasi səbəblər dayana bilərmi?
Zəfər Vəliyev hesab edir ki, Azərbaycan neftindən hər hansı şəkildə imtina olunmasının ciddi əsasları yoxdur:
“Neftin qiymətini dünya bazarında iki faktor müəyyən edir-maliyyə bazarlarında olan vəziyyət və tələb-təklif balansı. Hazırda neftin qiymətində enmələrin olması tələbatın aşağı olması ilə əlaqədardır. Neft emalı zavodlarının neftə tələbatı pandemiyadan əvvəlki dövrdən kifayət qədər aşağıdır. Həm Avropa, həm Asiyada, hən ABŞ-da mövcud emal güclərinin xammalla yüklənməsi maksimum 75-76 faizdir.
Deməli, neft emalı zavodları funksional fəaliyyət göstərə bilmir. Hazırda həm emal marjı, həm də ixraj marjı aşağı düşüb. Bu da pandemiyanın davam etməsi ilə bağlı reaktiv yanacağa tələbatın az olması ilə əlaqədardır. Bunun digər səbəbi yoxdur, siyasi səbəb axtarmağa lüzum görmürəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-10-2020, 08:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-10-2020, 08:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29