Azərbaycanda daha 49 dövlət əmlakı hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 3-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək. Hərraca 49 əmlak çıxarılacaq.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bunlardan 24-ü kiçik dövlət müəssisəsi və obyekti, 2-si yarımçıq tikili, 23-ü isə səhmdar cəmiyyətidir. Hərraca çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://rb.gy/kf5nhp , https://rb.gy/nbugf2 , https://rb.gy/bhky8x ).
Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılacaq dövlət əmlakları respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.
Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-10-2020, 16:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-10-2020, 16:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:57
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:32
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Dünən, 12:24
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
22-01-2025, 22:25
Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
22-01-2025, 12:32
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
22-01-2025, 12:12
Tramp Baydenin 78 qərarını ləğv etdi – ABŞ ÜST və beynəlxalq iqlim sazişindən çıxdı
22-01-2025, 10:54