İcbari tibbi sığorta: - Azərbaycan ikinci mərhələyə necə gedir?
İcbari Tibbi Sığortanın ölkə üzrə 3 mərhələdə tətbiqi davam edir.
Nazirlər Kabinetinin qərarı ilə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığa uyğun aparılır.
Artıq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən birinci mərhələdə, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta 24 rayonda - Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.
İcbari Tibbi Sığorta üzrə Agentlik Cebhe.info-nun sorğusuna cavab olaraq bildirib ki, hazırda birinci mərhələ üzrə icbari tibbi sığorta həyata keçirilir:
“Birinci mərhələdə sözügedən ərazilərin sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən dövlət vəsaiti hesabına istifadə edirlər. Xidmətlər Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir:
*Təcili və təxirəsalınmaz tibbi yardım üzrə - 6
*İlkin səhiyyə xidməti üzrə - 35
*İxtisaslaşdırılmış ambulator yardım üzrə - 1265
*Stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb.
Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib-dəyəri yüksək olan əməliyyatlar da daxildir”.
İcbari tibbi sığortanın ilkin mərhələdə tətbiqi məqsədilə Agentlik tərəfindən bir sıra tədbirlər görülüb:
“Belə ki, ilkin səhiyyə xidmətinin gücləndirilməsi çərçivəsində inzibati ərazinin mərkəzində Ailə Sağlamlıq Mərkəzləri yaradılıb. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələri bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub.
Xəstəxanalarda ambulator və stasionar xidmətin təşkili, tibb işçiləri və pasiyentlərin hərəkətinin nizamlanması, şöbələrin optimal yerləşdirilməsini təmin etmək məqsədilə xəstəxanalarda rekonstruktiv təmir və tikinti işləri aparılıb. Tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə xəstəxanalarda keyfiyyətə nəzarət komitəsi yaradılıb və keyfiyyət standartlarının tətbiqinə başlanılıb.
Xəstəxanalarda proqram təminatı və yeni qeydiyyat sistemi qurulub, xəstəxanalar internetə çıxış və kompüter avadanlıqları ilə təchiz olunublar. Belə ki, Agentlik tərəfindən “Şəxsi Kabinetə giriş”, “Tibbi xidmətlərin onlayn ödənişi”, “Laboratoriya analizlərinin nəticələri” elektron xidmətləri istifadəyə verilib”.
Məlumatda o da qeyd olunur ki, Nazirlər Kabinetinin qərarına əsasən, ikinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulacaq.
Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-10-2020, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-10-2020, 15:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36