Azərbaycanda 85 dövlət əmlakı hərraca çıxarıldı
İyunun 4-də Azərbaycanda keçiriləcək hərraca 85 dövlət əmlakı çıxarılıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri Ağdaş, Salyan, Bərdə, Yevlax kimi şəhər və rayonlarda yerləşir. Ümumi səhmlərinin 30-45%-lik səhm paketləri özəlləşməyə çıxarılan dövlət əmlakları sənaye, aqrar, tikinti, nəqliyyat və digər sahələrə aiddir. Onlar arasında "Qax Taxıl”, "İsmayıllı Təmir Tikinti”, "Ağdaş Quşçuluq” kimi gəlirli fəaliyyət potensialı olan səhmdar cəmiyyətləri var.
Kiçik dövlət müəssisə və obyektlərinə gəldikdə isə onların ümumi faydalı sahəsi 20 kv.m ilə 3,3 min kv. metr arasındadır. Şəki rayonunun Qudla kəndində yerləşən xidmət obyektinin ümumi faydalı sahəsi 372,1 kv. metrdir. İnvestor bu obyektin fəaliyyətini turizm sahəsi üzrə davam etməklə yanaşı, onu digər xidmət sahələrində də gəlirli sahəyə çevirə bilər. İstirahət mərkəzinin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun effektiv fəaliyyət imkanlarını artırır.
Biznesə yeni başlayanlar, eləcə də ofis və ya xidmət obyekti axtaran şəxslər seçimlərini qeyri-yaşayış sahələri üzrə edə bilər. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 21,7 kv. metr ilə 140 kv. metr arasındadır. Qeyri-yaşayış sahələrindən 6-sı Bakıda, 5-i isə Sumqayıtda yerləşir. Paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki binada yerləşən dövlət obyektinin ümumi faydalı sahəsi 84,3 kv. metrdir. Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün təyin olunan ilkin hərrac qiyməti 6 min manatdır.
"Nissan Maxima” və "Kia Sportage” markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1998-2007-ci illərdir. Avtomobil sahibi olmaq istəyənlər 3 000 manat ilə 5 400 manat aralığında ilkin qiymət təyin olunan bu dövlət əmlakları üzrə seçim edə bilər.
Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumatı emdk.gov.az və privatization.az saytlarından əldə etmək olar.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-05-2019, 12:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-05-2019, 12:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45