Müharibədən sonrakı dövrün iqtisadiyyatı: - böyük layihələr, iş yerləri...
Bakıdan böyük köç gözlənilir. Hər zaman haqqında danışdığımız böyük şəhərin urbanizasiya probleminin həllini tapmasına az qalıb. Buna iki əsas səbəb var. Birincisi, pandemiya dövrünün əsas iqtisadi təsirlərindən biri olan işsizlik və qeyri-leqal məşğulluğun azalmasıdır. Belə ki, uzun illər boyu rayonlardan paytaxta axın edib tikinti sektorunda, xidmət sahəsində günəmuzd işləyib ailəsini dolandıran insanlar faktiki olaraq pandemiya dövründə böyük maliyyə problemləri ilə üzləşdilər və onların arasında rayonlara qayıdanlar da az olmadı. Səbəb isə son illər Azərbaycanda bölgələrin aqrar sektoruna edilən investisiyalar, yaradılan imkanlar və kənd təsərrüfatının müəyyən qədər canlanmasıdır ki, bu proses növbəti illərdə də regionların cəlbediciliyini artıracaq.
Digər bir amil isə Azərbaycanın əks-hücum əməliyyatı ilə başladığı Vətən müharibəsində ölkəmizi qələbəyə aparan prosesdir. Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra “Böyük qayıdış” proqramı çərçivəsində 1 milyondan çox qaçqın və məcburi köçkün ata-baba yurdlarına qayıdacaq. Dövlətin sıfırdan quracağı infrastruktur, kənd təsərrüfatı, turizm, mədən sənayesi və sair sahələrlə bağlı yaradılacaq imkanlar, həmçinin sahibkarların dəstəklənməsi proqramları, istisna vergi güzəştləri məşğulluq baxımından da əhali üçün cəlbedici olacaq. Artıq Azərbaycanın həqiqətən də böyük bazarlara çıxış imkanı olan aqrar ölkəyə çevrilməsi üçün imkanlar yaranır. Bu məqamda isə əsas məsələ aqrar sektorda sənaye istehsalının gücləndirilməsi və Azərbaycanın xammal ölkəsindən sənaye ölkəsinə çevrilməsidir.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi, həm aqrar, həm inşaat, həm də turizm sektorlarında çalışan, həm də pandemiya dövründə öz iş yerlərini itirən vətəndaşlarımız üçün yeni imkanlar yaradacaq: “İşğaldan azad olunan rayonlarımız kənd təsərrüfatı baxımından çox böyük potensiala malik olan rayonlardır. Eyni zamanda həmin rayonların bərpası çox böyük miqyasda infrastruktur layihələrinin həyata keçirilməsidir ki, bu, eyni zamanda yeni iş yerlərinin sayına təsir göstərəcək. Bu baxımdan biz həmin rayonlarda yaradılan iş yerləri ilə məşğulluğun böyük miqyasda təmin ediləcəyini gözləyirik. Bərpa prosesi, infrastruktur layihələri olacaq, xarici sərmayənin cəlb edilməsi ilə yeni sektorlar fəaliyyətə başlayacaq. Bu həm də inşaat materiallarının istehsalı və turizm sektoru üçün yeni imkanlar yaradacaq. Eyni zamanda həmin torpaqlar çox məhsuldardır, bu da imkan verəcək ki, aqrar sektorda həm əkinçiliyi, həm maldarlığı inkişaf etdirmək mümkün olsun”.
Bizim təkliflərimiz də odur ki, sözügedən bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün kreditlərə çıxış imkanları artırılmalıdır: “Həmin bölgələrdə fəaliyyət göstərən sahibkarlara faizsiz kreditlər verilərsə, bu daha çox sahibkarın həmin bölgələrdə işləməyə maraqlı olmasına gətirib çıxara biləcək və daha çox investisiya qoyacaqlar. Turizm, xidmət, ictimai-iaşə sektoru, o cümlədən sənaye sahəsində də belə faizsiz kreditlərin verilməsi məqsədəuyğundur. Vergi ilə bağlı stimullaşdırıcı paketin tətbiq edilməsi barədə də bizim təkliflərimiz var. Bu istiqamətdə tədbirlər proqramı hazırlanır və güman olunur ki, qeyd etdiyimiz məqamlar da orada öz əksini tapacaq. Bərpa prosesində daha çox investisiyanın cəlb edilməsi üçün təşviq mexanizmlərindən istifadə edilməlidir”.
Deputatın sözlərinə görə, işğaldan azad olunan torpaqlarda kənd təsərrüfatı baxımından imkanlar çox genişdir: “Nəzərə alsaq ki, uzun müddət işğal altında qalan bu torpaqlar Azərbaycan ərazisinin 20 faizini təşkil edir. Azərbaycanda bitki örtüyünün 42 faizi, meşə örtüyünün 25 faizi həmin ərazilərin payına düşür. Ona görə də bu ərazilər üçün təklif etdiyimiz tədbirlər planı çərçivəsində yaradılan iş yerləri, investisiya mühiti təkcə yerli sakinlər üçün deyil, həmçinin digər rayonlarda yaşayan vətəndaşlar üçün də əlçatan olacaq”.
V.Bayramov onu da vurğuladı ki, aqrar sektorda çalışan sahibkarların daha çox sənaye istehsalına təşviq edəcək addımlar atılmalıdır: “Dəyər zəncirinə uyğun olaraq biz aqrar sektorda sənaye istehsalının genişləndirilməsini də təklif edirik. Bildiyiniz kimi, aqrar sektorda xammal istehsalında vergi güzəştləri var, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Emaledici sahədə də həmin vergi güzəştləri tətbiq olunsa məqsədəuyğun olar. Məsələn, əgər fermer pomidor istehsal edir və onu xammal kimi satırsa, bu zaman ƏDV-yə cəlb olunmur. Ancaq həmin fermer pomidoru tamatı hazırlayaraq və ya digər formada emal edərək satırsa, bu zaman vergiyə cəlb edilir. Baxmayaraq ki, həmin fəaliyyət də dəyər zəncirinin bir elementidir. Bizim təklifimiz odur ki, əgər fermer dəyər zəncirinin birinci elementində vergidən azaddırsa, o məhsul emal olunub bazara çıxarılana qədər vergi güzəştləri saxlanılmalıdır. Hazırda bu istiqamətdə də müzakirələr aparılır. Ümid edirik ki, bu güzəştlər yalnız işğaldan azad olunan ərazilərimizdə deyil, digər ərazilərimiz üçün də nəzərdə tutulacaq. Bu, nəticə etibarilə emal məhsullarının həcmini artıracaq və onu təşviq etmək imkanı yaradacaq. Təşviq edəcək ki, daha çox sənaye məhsulu istehsal edib ixrac etmək imkanlarımız olsun. Tərəvəz məhsullarının xammal şəklində ixracındansa, emal edilərək ixrac edilməsi ölkəyə daha çox valyutanın gətirilməsinə imkan verəcək. Eyni zamanda aqrar məhsulların saxlanma müddətinin elə də uzun olmadığını nəzərə alsaq, emal edilmiş məhsulun daha uzun müddət saxlanılması mümkündür. Ümid edirik ki, böyük qələbədən sonra bu təkliflərimiz tətbiq olunacaq. Gözlənti odur ki, böyük qələbədən sonra Azərbaycanda tam fərqli və yeni iqtisadi modelin tətbiqini müşahidə edəcəyik”.
İqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, torpaqlarımızın işğaldan azad olunması kifayət qədər böyük iqtisadi motora çevrilə bilər: “Gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı əsas aparıcı qüvvə məhz işğal altında olan torpaqların bərpası ola bilər. Ancaq bunun üçün oraya qayıdış proqramından öncə təhlükəsizlik təmin olunmalı, minalar təmizlənməli, kommunikasiya xətləri çəkilməlidir. Bunların hamısını dövlət öz üzərinə götürəcək. Ancaq oraya qayıdan insanların işlə təmin olunması üçün özəl sektorun da, xarici investorların da iştirakı çox vacibdir. Söhbət milyardlarla dollar vəsaitdən gedir. Təkcə Azərbaycanın Neft Fondu və büdcə hesabına bu qədər böyük bir işi görmək çətindir. Çünki Neft Fondunun da özünün təyinatı var. Bu il büdcənin 58 faizi birbaşa Neft Fondundan transfertlər hesabına təmin olunub. Ona görə də sırf Neft Fonduna arxayın olub bu işləri görmək olmaz. İndidən ”Böyük qayıdış" proqramının detalları ciddi şəkildə hesablanmalıdır. İnsanların torpaq sevgisi var, yurdlarına qayıtmaq üçün can atanlar var, bunu görürük. Ancaq onların infrastruktur, kommunikasiya, məşğulluq baxımından problemləri olmamalıdır".
N.Cəfərli vurğuladı ki, böyük bir aqrar bankın yaradılmasına ehtiyac var: “Aqrar sahəyə kreditlərin ayrılması ilə bağlı dövlətin nəzarətində olan böyük bir aqrar bank yaradılmalıdır. Necə ki, vaxtilə Türkiyədə Ziraat Bankı yaradıldı. Bu bank aqrar sektorda uzunmüddətli və aşağı faizli, faizsiz kreditlərin verilməsinə, bundan da vacibi doğru hazırlanmış, düşünülmüş biznes planların hazırlanmasına, fermerlərə həm elmi, həm texniki dəstəyin göstərilməsinə, işin idarə olunması ilə bağlı proqramların hazırlanmasına nəzarət edə biləcək böyük bir dövlət bankının yaranmasına ehtiyac var. Biz hamımız bilirik ki, azad olunan torpaqlar çox münbitdir, orada digər bölgələrdən fərqli olaraq çox böyük su mənbələri var. Orada aqrar-sənaye kompleksinin inkişafı üçün çox gözəl imkanlar var. Ona görə də belə bir dövlət bankının indidən yaradılması, buraya maliyyə vəsaitlərinin beynəlxalq donorlar tərəfindən də cəlb olunması gələcəkdə Azərbaycanın həmin sahəsinin bərpası və iqtisadi fəaliyyətinin canlanmasına gətirib çıxaracaq. Bu həm də Bakının yükünü ciddi şəkildə azaldar. Çünki Bakı son illər çox yüklənmişdi. Bu aqrar bank təkcə işğaldan azad olunan torpaqlara yox, ölkənin bütün aqrar bölgələrinə şamil olunacaq bir bank olmalıdır”.
İqtisadçının sözlərinə görə, Avropaya və dünyanın inkişaf etmiş ölkələrinə baxsaq görərik ki, aqrar sahə sənayenin bir qolu kimi inkişaf edir: “Yarımfabrikatlardan tutmuş hazır məhsulun istehsalına qədər kifayət qədər böyük həcmdə istehsal sahələri yaradılır. Azərbaycanda da belə kompleks yanaşmaya ehtiyac var. Çünki artıq aqrar sahəyə sosial layihə kimi baxmaq lazım deyil. Son illərdə aqrar sektora hökumət bir sosial layihə kimi baxırdı ki, az da olsa ödənişli iş yerləri yaranır, əhali işlə təmin olunur. Artıq bu formatdan çıxıb sənayenin yaradılmasına, xammaldan son məhsulun, ən azından yarımfabrikatların istehsalına keçidə ehtiyac var. Bu həm də ona görə vacibdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı innovasiyalara, texnologiyanın son nailiyyətlərinə bağlı olmalıdır, məhsuldarlıq artmalıdır. Azərbaycanda son illər məhsuldarlıqla bağlı ciddi problemlər var idi. Bir şans da yaranır ki, yenidən qurulacaq aqrar sənaye kompleksi, əsasən də işğal altında olan bölgələrimiz təmizləndikdən sonra Azərbaycanda yeni bir aqrar siyasətin yaranması üçün də ciddi stimul yarada bilər”. \\musavat.com\\
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2020, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-10-2020, 09:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09