Bazarda cib yandıran qiymətlər: SÜNİ ARTIM, YOXSA...
Son aylarda ölkəmizdə sosial proqramların effektiv icra olunması əhalinin gəlirlərini gözəçarpacaq dərəcədə artırdı. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən minimum əmək haqqının 38.5 faiz, məcburi köçkünlərin aylıq müavinətlərinin 50 faiz, pensiya və təqaüdlərinin məbləğinin isə yarıdan çox artımı, həmçinin yeni Prezident təqaüdlərinin təsis olunması ölkə rəhbərinin həssas əhali qruplarına göstərdiyi diqqəti təcəssüm etdirir. Belə ki, problemli kreditlərin həlli istiqamətində qəbul edilmiş mexanizmlər, dollar krediti olan vətəndaşlara aşağı məzənnələrlə kreditlərin hesablanması və artıq ödənilmiş pullar üzrə kompensasiyaların verilməsi Azərbaycan dövlətinin köməyə ehtiyacı olan vətəndaşlarına dəstəyini ifadə edir.
...Sosial tədbirlər planı təsdiq olunduqdan sonra mağazalarda məhsulların qiyməti sözün məcazi mənasında “at oynatdı”. Hələ artımlarını kartlarında hiss etməyən insanlar bazarın qiymət alovuna düşdü. Zəruri qida məhsulu hesab olunan soğanın və kartofun qiymətinin artması ilə başlayan yüksəliş, ən aşağı qiymətli “Orbit” saqqızın qiyməti 50 qəpikdən 70 qəpiyə dəyişdikdə uşaqları aldatmaq üçün deyilən “ Saqqız satan baba ölüb!” cümləsi mənə də qəribə gəlmədi.
Bahalaşma süd məhsullarındada müşahidə edilir. Dovğa istehsal edən firmalardan biri məhsulun 2 ay əvvələ kimi 0.85 manata, indi isə 1 manat 15 qəpiyə satır.
Şokalad məhsullarında da qiymətlər ürəkaçan deyil. Belə ki, 1 ay əvvəl 63 qəpiyə təklif olunan “Sinikers”-də hazırda 25-26%-lik artım var.
Qeyri-ərzaq mallarında da qiymət artımı hədsiz dərəcəyə çatıb. Ümumilikdə, bazarda hər məhsulda 35-40%-lik artım var. Vətəndaşlar isə bundan çox narahatdır.
Ağdam rayonundan məcburi köçkün Əli Cahangirov Cənab Prezident İlham Əliyevin ölkə vətəndaşlarına olan diqqətinə görə təşəkkür etdi: Ölkə başçısı bizlərə hər zaman qayğı göstərir. Dövlət maddi vəziyyəti yaxşı olmayan insanların dayaq yeridir. Lakin ölkədə məhsul edən şirkətlər öz mənfəətləri üçün süni qiymət artırırlar. Bazarı təhlil etsəniz görərsiniz ki, sosial müavinətlərin artım faizi qədər bahalaşma var.
Kəlbəcər rayonundan məcburi köçkün Xaləddin Tağıyev bahalaşmanın çox olmasından gileylənir. O mal və xidmətlərdə bahalaşma yaradan işbazlara qarşı tədbirlər görülməsini istəyir: Aldığımız maaş təlabatımızı ödəmir. Prezidentimiz əmək haqlarını, pensiyaları və məcburi köçkünlərin sosial müavinətlərini artırdı. Allah canın sağ eləsin, hər zaman bizə dəstək göstərir. Məhsul istehsal edən firmalar isə sui-istifadə edib bahalaşma yaradıblar. Ət, yağ, süd, qeyri ərzaq məhsullarında ciddi bahalaşma var. Hesab edirəm ki, zəruri tələbat mallarında qiymətlərin artması əhalinin maddi rifahına mənfi təsir edir.
Qiymətlərə nəzarət olmalıdır...
Nəzərə alsaq ki, xarici valyutanın məzənnəsi sabit qalıb, xaricdən idxal olunan məhsullara rüsumlar artırılmayıb, ÜDM-də iri pay sahibi olan neft və qazın qiyməti ucuzlaşmayıb, həmçinin başqa mühüm iqtisadiyyata təsir edən faktorlar olmayıb, o zaman bahalaşmanın süni olduğun demək olar. Son günlər kartofun və soğanın qiymətinin 2 dəfə artması alıcı kütlənin narazılığına səbəb oldu. Dövlət strukturlarının müdaxiləsi nəticəsində qiymətlər tənzimləndi. Düzdür, Kənd təsərrüfatı məhsullarına edilən davamlı təzyiq istehsalçıların məhsula olan marağını azaldar, nəticədə ölkə iqtisadiyyatında qıtlıq yaranar.
Hələ qədim dövrlərdə iqtisadi məktəblər “azad iqtisadiyyat” və “dövlət tənzimlənməsi” anlayışlarına müxtəlif fikirlər bildiriblər. Bazar iqtisadiyyatı prinsipləri ticarətin liberallaşdırılmasını, azad ticarətin formalaşmasını tələb edir. Başqa sözlə, bu cür münasibətlərinin formalaşdığı bir dövrdə malların və xidmətlərin böyük əksəriyyətinin qiyməti (tənzimlənən tariflər və qiymətlər istisna olmaqla) rəqabət şəraitində, tələblə təklif əsasında formalaşır və mal satan, iş görən tərəfindən müəyyən edilir. Ancaq bu, bəzi "işbazların" mal və xidmətlərə istədiyi qiyməti qoyaraq bahalaşma yaradırlar. Monopolist bazarlarda dövlətin iqtisadiyyata müdaxiləsi qaçılmazdır. Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata müdaxilə edir və bu müdaxilə, bir qayda olaraq, bazarın çatışmazlıqlarının aradan qaldırilmasına yönəldilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-05-2019, 13:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-05-2019, 13:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08