reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Baş nazirdən qərar: “Hökumət buludu”na keçid planı” təsdiq edilib

reklam

Baş nazirdən qərar: “Hökumət buludu”na keçid planı” təsdiq edilib


Nazirlər Kabineti “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nı təsdiq edib.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, “Hökumət buludu”nun Milli Data Mərkəzinin, o cümlədən “bulud” platformasının mərhələli şəkildə inkişaf etdirilməsi, dövlət informasiya sistemlərinin və ehtiyatlarının onların sahibləri və ya operatorları ilə birlikdə “Hökumət buludu”na keçidinin təşkili, Keçid Planında nəzərdə tutulmuş tədbirlərin mərhələli şəkildə icrasına nəzarət və icranın gedişi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Həmçinin, dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslərə, informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçidinin təşkil olunması istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsi, “Hökumət buludu”nun operatoruna şərait yaratmaq, aidiyyəti informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda yerləşdirilməsi təmin etmək tapşırılıb.

Qeyd edək ki, dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı özündə 2020-2024-cü illər üzrə mərhələli şəkildə “Hökumət buludu”na miqrasiyanı əhatə edən tədbirləri ehtiva edir.

Bunun “Hökumət buludu” şəbəkəsində dayanıqlı və çevik “bulud” xidmətlərinin göstərilməsinə, informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsinə, habelə dövlət infromasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin optimallaşdırılmasına şərait yaradacağı gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
2-11-2020, 10:30
Sikayət   


loading...
Загрузка...