İlk aqrar sığorta müqaviləsi Tərtərdə imzalanıb - FOTO
Bu gün cəbhə bölgəsi olan Tərtər rayonunda dövlət dəstəyi ilə ilk aqrar sığorta müqaviləsi imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, imzalanma mərasimində nazirliyin nümayəndələri, Bakıda səfərdə olan Türkiyənin TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının rəhbərliyi, Aqrar Sığorta Fondunun, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin rəhbərliyi, fermer və sahibkarlar iştirak edib.
İlk aqrar sığorta müqaviləsi əsasında Tərtər rayonundan olan sahibkarın südlük heyvanları sığortalanıb. Aqrar Sığorta Fondu və fermer Habil İbrahimli arasında imzalanan müqavilədə 50 baş iribuynuzlu heyvanın aktual risklərdən sığortalanması nəzərdə tutulur.
“Aqrar sığorta fermerlərin məhsullarını və gəlirlərini qorumaqla onlara dəstək olacaq. Qaydalara görə, aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödəniləcək. Nəticədə kənd təsərrüfatı daha təhlükəsiz biznes sektoruna çevriləcək və bu sahəyə yatırımlar daha da artacaq”, - deyə, Aqrar Sığorta Fondunun İdarə heyətinin sədri Fuad Sadıqov bildirib.
İmzalanma mərasimində iştirak edən Türkiyə Respublikasının TARSİM aqrar sığorta təşkilatının Himayəçilik Şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndəsi Bekir Engürülü əlavə edib ki, aqrar sığorta fermerlərin risklərini sığortalamaqla aqrar sahənin maliyyəyə çıxışını asanlaşdıracaq, kənd təsərrüfatının daha dayanıqlı inkişafına şərait yaradacaq.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən ilkin mərhələdə 1-7 yaşlı südlük inək və camışlar, 14 bitki növü, eləcə də nohur və hovuzlarda yetişdirilən balıqlar sığortalanacaq. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetləri və risklərin siyahısı genişləndiriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-11-2020, 20:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-11-2020, 20:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39