Azərbaycanda 800 milyonluq sığorta bazarı? - “Ödənişlər də artır”
Azərbaycanda sığorta bazarında canlanma müşahidə olunmağa başlanıb.
Məlumdur ki, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı problemlər mövcud olub ki, bu həm insanların sığortaya yanaşması ilə, həm də sığorta şirkətlərinin fəaliyyəti ilə xarakterizə olunub. Artıq tendensiyasının qismən aradan qalxdığını demək olar. Belə ki, Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 401,679 milyon manat sığorta haqqı toplanılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% çoxdur.
Hesabat dövründə könüllü sığorta növlərinin hesabına 257,299 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 79,4% çoxdur. Beləliklə, 2020-ci ilin ilk 9 ayı ərzində könüllü sığorta növlərindən yığılmış hər 100 manatın 64,1 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-cu ilin 9 ayında 40,8 manat olub.
Maraqlıdır ki, könüllü sığorta növlərində olan artım icbari sığorta növlərindən daha yüksəkdir. Mərkəzi Bankdan bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 170,731 milyon manat sığorta haqqı toplanılıb ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.
Hesabat dövründə icbari sığorta növlərinin hesabına 50,463 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu illik müqayisədə 13,4% azdır. Beləliklə, 2020-ci ilin ilk 9 ayı ərzində icbari sığorta növlərindən yığılmış hər 100 manatın 28,1 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-cu ilin 9 ayında 34,1 manat olub.
Qeyd edək ki, xüsusilə könüllü sığorta növlərində artım tendensiyasının olması sevindirici haldır.
Əsasən hansı sığorta növlərində artım baş verib? Bu artımı şərtləndirən başlıca amillər hansılardır? İnsanların sığortaya marağını artıran səbəblər arasında pandemiya amili də varmı?
Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı Cebhe.info-ya açıqlamasında bildirib ki, sığorta yığımında artım dinamikası ilin əvvəlindən başlayaraq start götürüb:
“İlin ilk ayları ərzindəki artım o qədər böyük deyil, amma ayba-ay yığımlar sabit olaraq 50-60 milyon manat ətrafında artmaqdadır. Bu artımın böyük bir hissəsinin könüllü sığortaların payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə, ümumi bazarda təxminən 60 milyonluq artım var. Könüllü sığortanın bütün sinifləri - istər həyat sığortası, istərsə də qeyri-həyat sığortası üzrə artım nəzərə çarpır. Doğrudur, ayrı-ayrı sahələr üzrə bu artımlar çox böyük olmasa da, ümumi nəticədə bazarın rəqəmlərinin ötən illə müqayisədə böyüməsini göstərir”.
Xəyal Məmmədxanlı bu il üçün olan sığorta yığımının 700 milyon manata çatacağının proqnozlaşdırıldığını və həmin proqnozun özünü doğruldacağının gözlənildiyini dedi:
“Çünki artıq 581 milyon manatlıq bir sığorta haqqı toplanılıb, önümüzdə isə hələ 3 ayın göstəriciləri var. Hər ay təxminən 60 milyon manatlıq artım olarsa, yığımlarımız 800 milyona yaxınlaşa bilər ki, bu da bazar üçün ən yüksək sığorta haqqı deməkdir. Ümumi tendensiya yaxşıdır, amma neqativ məqamlar da var. Bu da əsasən ondan ibarətdir ki, sığorta yığımları artmaqla yanaşı, sığorta ödənişləri də ciddi şəkildə artır. 3 sığorta növündə ödənişlərin yüksək olduğunu görürük. Bunlardan biri - həyat sığotasında ödənişlərin artmasının səbəbləri aydındır - çünki bu növdə yığılan sığorta haqqları müəyyən dövrdən, müqavilənin bitməsindən sonra qaytarılır. Lakin iki sığorta növündə - avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyəti icbari sığortasında və könüllü tibbi sığortada da ödənişlərin həcmi artmaqdadır. Demək olar ki, artıq icbari sığortalardan şirkətlər qazana bilmirlər. Könüllü tibbi sığortada isə bu son həddə yaxınlaşır və davam edərsə, bu növdə qazanc aşağı düşəcək”.
Ekspert deyir ki, könüllü sığorta növlərində artımların olması hər zaman arzuolunan tendensiyadır:
“Mən hər zaman bildirirəm ki, icbari sığortalar nə sığorta mədəniyyətinin, nə də bazarın inkişafının göstəricisi deyil. Bu inkişaf sırf könüllü sığorta üzrə olan yığımlardır. Bütün sığorta növlərində də bunu görürük”.
Xəyal Məmmədxanlı bildirib ki, könüllü sığorta növlərində artımı hansısa iqtisadi təkanla əlaqələndirmək doğru olmazdı:
“Bu sadəcə insanların sığorta haqqında məlumatlanması, sığortadan daha yaxşı istifadə etməsi, o cümlədən sığorta şirkətlərinin daha yaxşı işləməsi, peşəkarlaşması, vədlərinə əməl etmələri ilə bağlıdır. Digər tərəfdən isə könüllü sığortada artımın səbəbləri sırasında ötən müddət ərzində baş verən yanğınları, pandemiya ilə bağlı insanların tibbi sığortaya marağının artmasını, avtomobil qiymətlərinin qalxması və icbari sığortaların avtomabilə dəyən ziyanı ödəyəcək gücdə olmamasnın kasko sığortaya marağı artırması ilə əlaqələndirmək olar. Eyni zamanda burada yeni sığorta növlərinin də rolu var - kənd təsərrüfatı sahələrinin sığortasında, əmlak sığortasında canlanma var”.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-11-2020, 08:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-11-2020, 08:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09