Yeni Holdinq dövlət şirkətlərində - NƏ EDƏ BİLƏCƏK?
Xəbər verildiyi kimi, noyabrın 5-də prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi barədə fərman imzalayıb.
FED.az xatırladır ki, fərmanda digər məsələlərlə yanaşı, Holdinqin idarəetməsinə keçəcək iri dövlət şirkətlərinin siyahısı da müəyyən edilib.
Bundan əvvəl holdinqlə bağlı qəbul edilən və hazırda qüvvədə olan sənədləri və burada Holdinqə verilən səlahiyyətləri nəzərə alanda, məlum olur ki, dövlət müəssisə və şirkətlərində yeni dövr başlayır. Yeniliklər onların fəaliyyəti, o cümlədən rəhbərliyinin və idarəçilərinin təyimn edilməsi, maliyyə axınlarına – satınalmalara, dövlət büdcəsindən ayrılan vəsaitlərin və kreditlərin necə sərf edildiyinə, xərclərə nəzarətin gücləndirilməsi də daxil olmaqla bütün sahələri əhatə edəcək.
Siyahıdakı şirkət və təşkilatların əksəriyyəti iri maliyyə təsərrüfatı fəaliyyəti ilə məşğul olmaqla yanaşı, uzun illər boyu formalaşmış idarəetmə sisteminə, korporativ və digər ənənələrə malikdirlər. Yeni Holdinqin idarəçiliyinə verildikdən sonra bu şirkətlərdə bütün proseslər, o cümlədən şirkətlərin rəhbərlikləri də dəyişdirilə biləcək.
İndi maraqlı məqam – Holdinqin bu şirkətlərin fəaliyətinə nə qədər müdaxilə edə biləcəyidir.
FED.az xatırladır ki, bu məsələlər prezident İlham Əliyevin fərmanı ilə imzalanmış Holdinqin Nizamnaməsində əksini tapıb.
Həmin sənədə əsasən Holdinq dövlət müəssisələrinin rəhbərliyini təyin edə, şirkətlərin, o cümlədən onların rəhbərliyinin fəaliyyətini təhlil etmək, fəaliyətinin nə qələr səmərəli olub olmadığını araşdıra, şirkət və müəssisələrə ayrılan vəsaitlərdən nə qədər düzgün istifadf edilməsini araşdıra, həmin vəsaitlərin xərclənməsinə nəzarət edə, bununla bağlı tədbirlər görüə bilər.
Beləliklə, nizamnaməyə əsasən, Holdinqin idarə olunacaq sahələr və şirkətlərlə bağlı aşağıdakı səlahiyyətləri var:
Holdinqin şirkətlərlə bağlı fəaliyyət istiqamətləri
1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;
2. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3. qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetməni təşkil etmək;
4. dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək;
5. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi xidmətlər bazarına özəl investisiyaları cəlb etmək, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırmaq;
6. dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün onların səmərəlilik göstəricilərini müəyyən etmək və monitorinqini aparmaq;
7. dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
8. dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq;
9. dövlət müəssisələrinə dövlətin ayırdığı investisiyalardan səmərəli istifadəyə nəzarət etmək;
10. dövlət müəssisələrinin özəlləşdirilməyə (tam və ya qismən) hazırlanmasında iştirak etmək;
Holdinqin dövlət şirkətlərindəki - vəzifələri və hüquqları
1. Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət müəssisələrində dövlətə məxsus səhmləri idarə etmək;
2. investisiyaların cəlb olunması və səmərəli idarə edilməsi yolu ilə dövlət müəssisələrini inkişaf etdirmək, onların özəlləşdirməqabağı sağlamlaşdırmaq;
3. dövlət müəssisələrinin uzunmüddətli inkişaf və biznes planlarının təsdiqi üçün rəy vermək, biznes planlarında qoyulan hədəflərin monitorinqini aparmaq;
4. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrə investisiyaları, o cümlədən xarici investisiyaları cəlb etmək üçün təkliflər hazırlamaq və tədbirlər görmək;
5. dövlət müəssisələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi, o cümlədən maliyyə vəziyyətinin yaxşılaşdırılması və gəlirlərinin artırılması üçün tədbirlər görmək;
6. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək;
7. dövlət müəssisələrinin restrukturizasiyası ilə bağlı təkliflər vermək;
8. dövlət müəssisələrinin hesabatlarına dair tələbləri müəyyən etmək və təqdim edilən hesabatları yoxlamaq;
9. dövlət müəssisələrinin iqtisadi səmərəliliyinin və maliyyə dayanıqlılığının artırılması üçün tədbirlər görmək;
10. dövlət müəssisələrinin nə qədər səmərəli işlədiyini qiymətləndirmək;
11. dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədilə onlardan zəruri məlumatları və hesabatları tələb etmək, bu məlumatları və hesabatları təhlil edərək, dövlət müəssisələrinin rəhbərliyinə müvafiq göstərişlər vermək;
12. dövlət müəssisələrinin rəhbərliyinin formalaşdırılması üçün tədbirlər görmək;
13. dövlət müəssisələrinin rəhbərliyinin fəaliyyətini təhlil etmək;
14. dövlət müəssisələrinin rəqabət qabiliyyəti və ixrac potensialını araşdırmaq;
15. dövlət müəssisələrinin iqtisadi və maliyyə vəziyyətini təhlil edib səmərəliliyini yüksəltmək üçün tədbirlər görmək;
16. dövlət müəssisələrinə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;
17. fəaliyyət sahələri ilə bağlı islahatlar aparılmasına dair təkliflər vermək;
18. satınalmaları “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq həyata keçirmək.
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı məlum olub.
FED.az-ın məlumatına görə, siyahı Prezident İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə təsdiq edilib.
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti
16. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
16.1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
16.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
16.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
16.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
16.5. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyət;
17. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-11-2020, 13:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-11-2020, 13:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07