Qiymətli metallardan əldə edilən gəlirlər hesablanıb
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib.
QSC-dən RegionXəbərləri.com-a verilən məlumata əsasən, dünya bazarlarına ilk ixracın reallaşmasından ötən üç il ərzində 213,4 min unsiyadan çox qızıl, 372,7 min unsiyadan çox gümüşün satışından ölkə iqtisadiyyatına 527,3 milyon manat vəsait cəlb edilib.
Bu vəsaitin 39,3 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib. Bu məbləğin 33,7 milyon manatını vergi, 5,6 milyon manatını isə Dövlət Sosial Müdafiə Fonduna köçürmələr təşkil edir. Bu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb. Bu məbləğin 15 milyon manatı Cəmiyyətin nizamnamə kapitalının artırılmasına yönəldilib.
İqtisadi göstəricilər yalnız Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının istismarı nəticəsində əldə edilib. Bildirilib ki, hazırda yeni yataqların istismara hazırlanması istiqamətində intensiv işlər davam etdirilir.
Qeyd edək ki, “AzerGold” QSC qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, geoloji kəşfiyyat, hasilat, ixrac və digər istiqamətlərdə fəaliyyət göstərir.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-11-2020, 10:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-11-2020, 10:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36