Qeyri-neft sektorunda ÖZƏL SƏRMAYƏ “ACLIĞI”: - “Bu vəziyyəti aradan qaldırmaq üçün...”
“İqtisadi inkişafın təminat yaradıcı amili hesab olunan investisiyalar azalırsa, iqtisadiyyatın yaxın illərdə hərarət gücü aşağı düşəcək”.
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 64,7 milyard manat təşkil etmişdisə, 2020-ci ilin müvafiq dövründə bu rəqəm 61,9 milyard manat təşkil edib. Nəticədə bu müddət ərzində 2,8 milyard manatlıq və ya 4,3% həcmində daha az mal və xidmətlər istehsal olunub. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ildə əsas kapitala 4% daha az vəsait daxil olub.
Bu göstəriciləri Yenicag.az-a şərh edən iqtisadçı Məhəmməd Talıblı cari ildə investisiya qoyuluşunun da azaldığını qeyd edib. Onun sözlərinə görə, makroiqtisadi göstəricilərin pisləşməsi bir gerçəklikdir və bu vəziyyətin düzgün tənzimlənməsinə ehtiyac var:
“Cari ilin yanvar-noyabr aylarında ölkəmizdə əsas kapitala 12,7 milyard manat həcmində investisiyalar yönəlib. Bu investisiya “piroq”unun neft və qeyri-neft sektoru üzrə bölgüsünü qruplaşdırsaq, qeyri-neft sektoruna özəl sərmayə axınının zəiflədiyi məlum olur. Uzun müddət xarici investisiyaların sektoral baxımından dominantlığının hökm sürdüyü neft-qaz sektoruna sərmayələrin həcmi 8,4 faiz artıb. Lakin qeyri-neft sektorunda investisiyaların həcmi 11 faiz azalıb. Bu isə o deməkdir ki, iqtisadi inkişafın təminat yaradıcı amili hesab olunan investisiyalar azalırsa, iqtisadiyyatın yaxın illərdə hərarət gücü aşağı düşəcək.
Bir tərəfdən qeyri-neft sektoruna sərmayələrin axını az qala ikirəqəmli səviyyədə azalır, digər tərəfdən isə qeyri-neft sektorunda öncül mövqedə yer alan bəzi məhsulların (pomidor və alma) ixracı məhdudlaşır. Başqa bir tərəfdən isə ölkə yaxın gələcəkdə “sərmayə aclığını” aradan qaldırmalıdır. Həm işğaldan azad edilmiş ərazilərimizə özəl investisiyaların cəlb olunmasını, həm də ictimai vəsait kateqoriyasına daxil olan kapital qoyuluşlarını həyata keçirilməliyik. Lakin bu iki daşın eyni tərəzinin ayrı-ayrı gözündə necə tutulacağı sual altındadır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-12-2020, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-12-2020, 16:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36