reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Bir milyard kubmetrdən çox Azərbaycan qazı Bolqarıstana nəql olunur

reklam

Bir milyard kubmetrdən çox Azərbaycan qazı Bolqarıstana nəql olunur


Bir milyard kubmetrdən çox Azərbaycan qazı artıq Bolqarıstan ərazisinə axır.

Bu barədə Bolqarıstanın Baş naziri Boyko Borisov “Petrik” kompressor stansiyasına ziyarəti zamanı mətbuata açıqlamasında deyib.

O bildirib ki, Bolqarıstan artıq Azərbaycan qazının alışına başlayıb.

Baş nazirin sözlərinə görə, “Petrik” kompressor stansiyası vasitəsilə Azərbaycandan bir milyard kubmetrdən çox təbii qaz artıq Bolqarıstana nəql olunur.

B.Borisov əlavə edib ki, bununla da gələcəkdə Bolqarıstanın qaz tədarükü ilə bağlı problemləri yaranmayacaq.

Eləcə də, Azərbaycan qazının ölkəyə nəql edilməsi ilə birgə Sofiyada təbii qaz şaxələndirilməsinə nail olunacaq və bununla da yanvar ayı üzrə Bolqarıstanda təbii qaz qiymətlərində endirim tətbiq edilməsi üçün müvafiq quruma tələb göndəriləcək.


Paylaş:


Müəllif : Tarix:
2-01-2021, 11:58
Sikayət   


loading...
Загрузка...