Avropada qazın qiyməti kəskin bahalaşdı - Ekspert səbəbləri izah edir
Avropada təbi və sıxılmış qazın qiyməti kəskin bahalaşıb. Hollandiyanın TTF habında 1000 m3 qazın spot qiyməti 335, Britaniyadakı NBP habında isə 378 dollara çatıb. Şərqi Asiya bazarlarında isə LNG qazının qiyməti min kub metr ifadəsində tarixdə ilk dəfə psixoloji həddi - 1000-dolları keçib.
Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, qazın qiymətə mindirən əsas məsələ klimatik faktordur.
"Yəni qış gözlənildiyindən daha soyuq, yay isə daha qızmar keçdiyi təqdirdə mavi yanacağa tələbat xeyli artır. Çünki XXI əsrin insanları olduqları qapalı məkanda onlara komfort bəxş edən havanı özləri müəyyənləşdirir və təbii ki, bu da əlavə enerji resursları hesabına əldə edilir"-deyə ekspert qeyd edib.
İ. Şaban qzın qiymətini müəyyən edən spot qiymətlərin necə formalaşdığını izah edib: "Məsələn, neftin qiyməti hərraclarda fyuçers müqavilələri ilə təyin edilir, yəni satıcının gələcəkdə əlində olacaq məhsul satır. Yəni 5 il sonranın həcmləri də alqı-satqı predmetidir. Hazırda fyuçers qiymətləri ilə bazara martda çıxarılacaq neft ticarət edilir. Spot qiymətləri isə bazarda sabah olacaq məhsulun qiymətidir. Buna görə də spot qiymətləri 2 gün ərzində reallaşdırılır. Bu gün satıldığı elan edilir və müqavilə imzalanır, səhəri gün isə məhsul alındığı zaman pulu alıcıya köçürülür".
Ekspertin sözlərinə görə, Azərbaycan qazı istər regional bazarda satılsın, istərsə də Avropa bazarında - onun dəyəri spot qiymətləri ilə müəyyənləşdirilmir: "Biz qazımızı uzunmüddətli müqavilələr əsasında satırıq. Burada risk dərəcəsi daha azdır. Doğrudur, boru ilə satdığımız qazın qiyməti xam neftə, mazuta və dizelə bağlıdır. Çünki qazın qiyməti 1 kvt/saat enerji almaq üçün mavi yanacağın satıldığı bazarda istifadə edilən neft və neft məhsullarının ekvivalenti ilə müəyyənləşdirilir. Yəni qiymətin müəyyənləşdirilməsi üçün alıcı və satıcı arasında razılığa gəlinən bir kommersiya formulu olur ki, orada diskontlar - edilən güzəşt dərəcəsi də öz əksini tapır. Ona görə də bizim qazın qiymətinin dəyişməsində əsas rol neftə bağlıdır ki, onun təsirini də müəyyən zamandan sonra hiss edirik".
İlham Şaban bildirir ki, Rusiyanın “Qazprom” şirkəti Avropaya öz qazını borularla nəql etməsinə baxmayaraq, onun bir hissəsini spot qiymətləri ilə satır: "Rusiya nəhəngi ötən ilin IV rübündə Türkiyə bazarı üçün də müəyyən həcmləri yerli birjada bu müqavilələrlə özəl şirkətlərə satmışdı. Rusiyanın biznes dərgisi “Vedomosti” nəşrinin hesablamalarına görə, 2020-ci ilin yanvarında “Qazprom”un Avropa bazarında satdığı qazın 16,5%-i spot müqavilələrinin payına düşmüşdü".
Bəs Azərbaycan gələcəkdə bu tip satış müqaviləsindən istifadə edə bilərmi? İlham Şaban bunu mümkün sayır. Eksper hesab edir ki, bunu hasilatçı və qazın sahibi müəyyənləşdirməlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-01-2021, 13:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-01-2021, 13:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08