reklam
Regionxeberlericom.az » İqtisadiyyat » İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 126 milyon manat zərərdə

reklam

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 126 milyon manat zərərdə


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2019-cu ili 56,166 milyon manat xalis zərərlə başa vurub.

“Report” Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 42% çoxdur.

Son nəticədə qurumun yığılmış zərəri 79,9%ə artaraq 126,486 milyon manata çatıb.

2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərdiyi xidmətlərdən gəlirləri 1,874 milyon manat (2018-ci ilə nisbətən 21,5% çox), xidmətlərinin maya dəyəri 35,777 milyon manat (17,9% çox), sair gəlirləri 323 min manat (39,6% az), ümumi və inzibati xərcləri 22,962 milyon manat (2 dəfə çox), maliyyə gəlirləri 652 min manat (21,8 dəfə çox), maliyyə xərcləri 181 min manat (2018-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 96 min manat (25,1 dəfə çox) təşkil edib.

2020-ci il yanvarın 1-nə Agentliyin aktivləri 174,167 milyon manat olub ki, bu da illik müayisədə 2,4 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 82,1% artaraq 5,599 milyon manata, balans kapitalı isə 2,4 dəfə artaraq 168,667 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,4 dəfə artaraq 9,566 milyon manata çatıb.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ildə fəaliyyətə başlayıb. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.


Paylaş:


Müəllif : Tarix:
25-01-2021, 10:54
Sikayət   


loading...
Загрузка...