Rusiya buğdanın qiymətini bahalaşdırır – Azərbaycanda çörəyin qiyməti artacaqmı?
Rusiya martın 1-dən buğdanın ixracına tətbiq etdiyi rüsumu ikiqat artırır. Bu ölkənin Nazirlər Kabinetinin verdiyi qərara əsasən, martın 1-dən etibarən buğda ixracının əlavə vergi dərəcəsi ton başına 50 avroya qədər artırılacaq (əvvəlki qiymət 25 avro idi).
Qarğıdalı və arpa ixracının rüsumu da artırılaraq, uyğun olaraq, 25 və 10 avroya çatdırılacaq. Açıqlamalara görə, Rusiya hökuməti bununla daxili ehtiyacları ödəmək və ərzağın qiymətlərindəki artımın qarşısını almaq məqsədi güdür.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci ildə Azərbaycan, əsasən, iki ölkədən - Rusiya və Qazaxıstandan yumşaq buğda idxal edib. Bunun 940.16 min tonu (198.51 mln.dollar) Rusiyanın, 7.44 min tonu (1.69 mln. dollar) isə Qazaxıstanın payına düşür.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan" agentliyinə bildirib ki, Azərbaycan buğdanı Rusiyadan başqa digər ölkələrdən də alır:"Azərbaycan buğdanı, arpanı yalnız Rusiyadan idxal etmir. Biz Qazaxıstandan da buğdanı idxal edirik".
Deputatın sözlərinə görə, ölkədə taxılın qiymətinin bahalaşmasının qarşısını almaq üçün buğda idxalının əlavə dəyər vergisindən daha 1 il müddətinə azad edilməsi (4 ildir azaddır) gözlənilir: "Bu addımla biz vaxtını uzadacağıq. O da qiymətlərin stabil qalmasına şərait yaradacaq. Mən Rusiyanın buğda, arpa ixracının rüsumlarının artırılmasının bizə mənfi təsir edəcəyini gözləmirəm. Taxıla, una, çörəyə qiymətlər Azərbaycanda necə var, eyni səviyyədə qorunub saxlanılacaq".
İqtisadçı, işadamı Nazim Bəydəmirli isə “Azadlıq” radiosuna bildirib ki, Rusiya rüsumları qaldırandan sonra buğdanı yalnız Qazaxıstandan almaq Azərbaycan üçün perspektivli görsənmir: "Mənim bildiyim odur ki, bu ilin buğdası Rusiyada daha ucuzdur nəinki Qazaxıstanda. Digər tərəfdən, Qazaxıstanın bəzi un istehsalçıları Rusiyadan buğdanı idxal edirlər, un istehsal edib xaricə satırlar. Biz ərzaq buğdasını, əsasən, Rusiyadan alırıq. Sahibkarlar da buğdanı nəqliyyat xərcləri az olsun deyə, Rusiyanın Krasnodar, Stavropol vilayətlərindən alır. Bu il Stavropolda 10 milyon ton proqnozdan cəmi 5 milyon buğda yığılıb. Yəni Rusiyanın atdığı addımlar həm də daxildə qiymətləri stabilləşdirmək məqsədini daşıyır".
İqtisadçı hesab edir ki, bütün bunlar Azərbaycanda qiymətlərin artmasına səbəb olacaq. N. Bəydəmirlinin fikrincə, Azərbaycan hökuməti Taxıl Fondundan, strateji ehtiyatdan əlavə bazara məhsul çıxarıb sahibkarlara təqdim etməlidir.
O vurğulayıb ki, Azərbaycana keyfiyyəti aşağı olan buğda idxal edilir: "Bizə idxal olunan buğda, əsasən, keyfiyyətsiz buğda olur, 4-5-ci klass. Ekspertlər də dəfələrlə açıqlayıb ki, çörək istehsalında istifadə olunan unun rəngi kimyəvi qatqılarla ağardılır".
N. Bəydəmirli bildirib ki, hökumət vaxt itirmədən buğdanı əlavə dəyər vergisindən tam azad etməlidir:"Beləliklə, unun qiymətlərinin bahalaşmasına şərait yaratmamalıdır. Yəqin ki, hökumət bunu edəcək. Lakin hökumətin belə addımları həmişə müvəqqəti olur".
Buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olub.
Hazırda Vergi Məcəlləsinə dəyişikliklər ilə bağlı Milli Məclisə təqdim olunmuş layihədə Azərbaycana buğda idxalının daha 1 il əlavə dəyər vergisindən azad edilməsi təklif olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-01-2021, 17:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-01-2021, 17:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09