reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Vətəndaşların 300-500 manat ödəyib quraşdırdıqları sayğacların rəsmi qiyməti nə qədərdir? - AÇIQLAMA

reklam

Vətəndaşların 300-500 manat ödəyib quraşdırdıqları sayğacların rəsmi qiyməti nə qədərdir? - AÇIQLAMA


“Azərbaycanda fərdi abonentlərimiz üçün quraşdırdığımız sayğaclar tamamilə ödənişsizdir, lakin mənzil-tikinti kooperativləri tərəfindən sayğacların quraşdırılması üçün təyin edilən qiymətlər “Azəriqaz”ın səlahiyyətində deyil”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

MTK-lar tərəfindən abonentlərdən sayğacların quraşdırılması üçün 300-500 manat məbləğində vəsaitlərin tələb edilməsi ilə bağlı müraciətlərə cavab olaraq baş direktor bildirib ki, MTK-larla vətəndaşlar arasında qazlaşma müqaviləsi bağlanır və həmin razılaşmaya əsasən qazlaşdırma aparılır:

“Məlumat üçün bildirim ki, mexaniki sayğacların qiyməti 70-90 manat, digər sayğacların qiyməti isə 200-240 manat arasındadır. Sizdə hansı sayğaclar quraşdırılıb və nə üçün həmin məbləği tələb edirlər bunu MTK-larla aydınlaşdıra bilərsiniz. Lakin ümumilikdə məsələ “Azəriqaz”ın səlahiyyətlərinə daxil deyil. Onu deyim ki, biz “Azəriqaz” İB olaraq fərdi abonentlərimiz üçün yeni sayğacların quraşdırılmasını və sayğacların əvəz olunmasını ödənişsiz həyata keçiririk”.


Paylaş:


Müəllif : Tarix:
29-01-2021, 15:25
Sikayət   


loading...
Загрузка...