“Nə xaricdən pul cəlb etməyə imkan verir, nə də özləri donorluq edirlər” - Kredit faizləri daha da yüksəlib
2020-ci ilin pandemiyanın yayıldığı, işsizliyin artdığı, əhalinin gəlirlərinin azaldığı bir il olmasına baxmayaraq, ölkəmizdə istehlak kreditlərinin faiz dərəcələri artıb.
Mərkəzi Bankın istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumatına görə, 31.12.2020-ci il tarixinə manatla verilən istehlak kreditləri üzrə orta faiz dərəcələri 19% - 24% civarında olub.
Orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 24%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 24%, avtomobil kreditlər üzrə 19%, digər istehlak kreditləri üzrə 23% olub. 31.12.2019-cu il tarixinə isə orta faizlər 18% - 23% civarında olub 2019-cu ilin sonunda orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 23%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 23%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 21%, avtomobil kreditlər üzrə 18%, digər istehlak kreditləri üzrə 22% olub. ABŞ dollarında verilən kreditlər üzrə orta faiz dərəcələri isə geriləyib.
Orta faiz dərəcəsi kredit kartı vasitəsilə verilən kreditlər üzrə 10%-dən 3%-ə, digər istehlak kreditləri üzrə 7%-dən 5%-ə düşüb. Azərbaycanda kredit faizləri dünya ölkələri, eləcə də bir sıra region ölkələri ilə müqayisədə yüksəkdir.
Lakin əhalinin gəlirlərinin aşağı olduğu, işsizliyin hökm sürdüyü bir vaxtda bankların faiz dərəcələrini artırması anlaşılan deyil.
Belə ki, kredit götürmək imkanında olan şəxslərin əhatə dairəsinin kiçilməsi nəticə etibarı ilə bankların özünə zərər yetirmirmi?
İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, bankların müxtəlif istiqamətdə siyasəti ola bilər:
“Məlumdur ki, 2020-ci ildə Azərbaycanda kredit portfeli kiçilib. Bazarda məhsul azalanda? sahibkar qiyməti bahalaşdırmaq istiqamətində strategiya seçir. Buna görə də ola bilər ki, bankların bir çoxları vəsaitlərin verilməsində faiz dərəcələrini bir qədər artırıblar. Amma məsələ burasındadır ki, mövcud durumda Azərbaycan bankının manevr etmək imkanları çox aşağıdır. Ona görə də kredit siyasətində əsaslı dönüş olmalı, islahatlar həyata keçirilməlidir. Azərbaycan vətəndaşı 25-30 faizlə kredit götürür, amma Azərbaycan xalqına neftdən formalaşan ehtiyatlarından gələn gəlir heç bir 1 faiz deyil. 2019-cu ildə neft gəlirlərindən formalaşan aktivlərin idarə edilməsindən cəmi 0, 37 faiz gəlir gəlib. Yəni, bütün səhmlər, valyuta, aktivlər birlikdə cəmi 0,37 faiz gəlirə malikdir. Bu vəsaitin sahibi sayılan xalq isə 25-30 faizlə kredit götürür. Bu təzaddır”.
İqtisadçı bildirir ki, bu təzadın aradan qaldırılması isə yalnız bankların üzərinə düşmür:
“Azərbaycan kommersiya banklarının portfelinin əsasını əmanətlər təşkil edir. Həmin əmanətlər vətəndaşdan 10-12 faizlə banka yatırılır. Verilən kreditin bazası avtomatik olaraq 10-12 faiz artır. Bunun üzərinə Mərkəzi Bankın xidmət haqqı – 3-6 faiz əlavə olunan zaman 18 faizə gəlib çıxır. Bank da öz mənfəət, dəftəxana, xidmət haqqını üzərinə qoyanda 25 faizə gəlib çıxır”.
Akif Nəsirli hesab edir ki, Azərbaycan hökuməti kommersiya banklarına donorluq etməlidir:
”Ucuz pullar verməli və ya qanunvericiliyə dəyişiklik edilərək, bankların xaricdən ucuz pulları cəlb etməsinə şərait yaradılmalıdır. Nə xaricdən pul cəlb edilməsinə imkan verir, nə də özləri donorluq edirlər. Belə olan halda əlbəttə ki, kredit faizləri artacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-02-2021, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-02-2021, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45